2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Türkiyə

Polşa Belarusla sərhəddə əsgərlərinin sayını artırır

2023-08-11 08:00:55

class=”mediyanet-inline-adv”>

Rusiyanın ən yaxın müttəfiqi olan “Vaqner” muzdlu dəstəsinin Belarusda məskunlaşmasından sonra təxribat ehtimalının yarandığını irəli sürən Varşava rəhbərliyi Belarus sərhədinə 10 min əsgər yerləşdirməyə qərar verib. Rusiyanın müdafiə naziri Sergey Şoyqu NATO qüvvələrinin Belarus ətrafında 300 min əsgər topladığını iddia edib.

Saytların yığılması Saytlarin yigilmasi

VARŞAVADAN AĞIR BƏYANAT

Rusiyanın Belarus üzərindən Avropaya qarşı təxribat və şantaj planlarını işə saldığını iddia edən Polşa Müdafiə Nazirliyi hazırda Belarus sərhədində xidmət edən 2 min əsgərə əlavə olaraq 10 min nəfərlik də əlavə qüvvə göndərməyə qərar verib. Müdafiə naziri Mariuş Blaşak, “Polşa ordusundan 10 minlik əsgər yaxın günlərdə Belarus sərhədinə köçürüləcək və mümkün təxribatların qarşısının alınması işinə başlayacaq. 10 min nəfərlik gücləndirici qüvvədən 4 min əsgər daimi olaraq Belarus sərhədinin təhlükəsizliyinə cavabdeh olacaq. “Qarşı tərəfin düşmən münasibəti və ya təxribat cəhdi atəş açmaqla dərhal aradan qaldırılacaq. Bundan əvvəl, avqustun 4-də Polşa Daxili İşlər Nazirliyi Vaqner elementlərinin sərhədi keçməyə cəhd etdiyini açıqlamışdı.

class=”mediyanet-inline-adv”>

300 MİN ƏSGƏRİN İDDİASI

Digər tərəfdən Rusiyanın müdafiə naziri Sergey Şoyqu Avropa sərhədindəki gərginliyin NATO tərəfindən artırıldığını iddia edib. İki gün əvvəl Moskvada keçirilən qərargah zabitlərinin toplantısında Rusiyaya qarşı təhdidləri sadalayan Şoyqu “Finlandiyanın və tezliklə İsveçin NATO-ya daxil olması ilə Rusiyanın qərb sərhədlərində ciddi təhlükə yaranıb. Artıq NATO müttəfiqimiz Belarus ətrafında 300 min əsgər, 8 min müxtəlif zirehli texnika və 650 döyüş təyyarəsi və helikopter yerləşdirib. Bu kritik inkişafı gözardı edə bilmərik. “Biz lazımi cavab tədbirləri görəcəyik” dedi.

Tərcümə“24 SAAT”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button