Loading...
Loading...
Gündəm

Prezident Mingəçevir İcra Hakimiyyətinə başçı təyin etdi

Mingəçevir Şəhər İcra Hakimiyyətinə başçı vəzifəsinə təyinat olub. 24saat.org president.az saytına istinadən xəbər verir ki, prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

Sərəncamda deyilir: Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsinin II hissəsini rəhbər tutaraq qərara alıram:

İlham Mehdixan oğlu İsmayılov Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 17 dekabr 2018-ci il”

İlham İsmayılov bu təyinatadək həmin şəhərdə Hakimiyyəti başçısının birinci müavini və fövqəladə hallar komissiyasının sədri olub.

İham İsmayılov icra hakimiyyəti
İham İsmayılov mingəçevir icra hakimiyyəti

İ. İsmayılov 2012-ci ildə Prezident İlham Əliyevin digər sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib.

İlham İsmayılov

İlham İsmayılovQeyd edək ki, Mingəçevir Şəhər İcra Hakimiyyətinin əvvəlki başçısı Niyazi Bayramov Azərbaycan Respublikası Prezidentinin 28 avqust 2018-ci il tarixli Sərəncamı ilə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.

Gözdən qaçırmayın:  Jitomir bombardumandan sonra - DƏHŞƏTLİ GÖRÜNTÜLƏR

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button