Gündəm

Prezident İlham Əliyev icra başçısını vəzifədən azad etdi

Bakı Şəhəri Xətai Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. 24saat.org president.az saytına istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.
Sərəncamda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsinin II hissəsini rəhbər tutaraq qərara alıram:
Razim İsa oğlu Məmmədov Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 13 dekabr 2018-ci il.”

Xətai Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə isə hələlik yeni təyinat yoxdur.

Razim
Razim Məmmədov

Qeyd edək ki, Razim Məmmədov 12 ildir ki, bu vəzifəni icra edirdi. O, Prezident İlham Əliyevin 26 sentyabr 2006-cı il tarixli Sərəncamı ilə Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilmişdi.

Gözdən qaçırmayın:  Azərbaycanın Xarkovdakı konsulluğunun yaxınlığına raket düşüb

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button