2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Prezident İlham Əliyev: “Yeni silahların alınması üçün Rusiya ilə danışıqlar aparırıq”

“Biz yeni silahların alınması ilə bağlı Moskva ilə danışıqlar aparırıq”.

Publika.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Davos İqtisadi Forumu çərçivəsində “RİA-Novosti” agentliyinə müsahibəsində deyib.

Dövlət başçısı Rusiyanın hərbi sənayesinin inkişaf etdiyini bildirib:

Saytların yığılması Saytlarin yigilmasi

“Biz yeni silahların alınması ilə bağlı danışıqlar aparırıq. Rusiya hərbi sənayesinin nə qədər inkişaf etdiyi yaxşı məlumdur. Biz əsasən ən müasir müdafiə silahları ilə maraqlanırıq. Bura helikopterlər, mühafizə sistemləri və bütün komplekslər aiddir. Bu daimi prosesdir”.

Prezident İlham Əliyev hərbi-texniki sahədə Azərbaycan və Rusiyanın yeni müqavilələrin imzalaması üçün yaxşı perspektivlərin olduğuna diqqət çəkib.

“Siz tarixi bilirsiniz. Rəqəmlər elan olunub. 5 milyard dollar həcmində müqavilələr imzalanıb. Onların əksəriyyəti artıq reallaşıb”, – deyə dövlət başçısı bildirib.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button