2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Prezident İlham Əliyev: “Azərbaycan Avropanın enerji bazarına daxildir”

Aprelin 1-də prezident İlham Əliyev iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın 8-ci iclasında iştirak etmək üçün Bakıya gələn Rumıniyanın energetika naziri Sebastyan İoan Burdujanı qəbul edib.

Dövlət başçısının saytı bildirib ki, Əliyev qeyd edib ki, Azərbaycanla Rumıniya arasında strateji tərəfdaşlıq münasibətləri mövcuddur və bu, əməkdaşlığın bütün istiqamətləri üzrə genişlənir.

Enerji sahəsində irəliləyişi qeyd edən Əliyev Azərbaycandan Rumıniyaya təbii qazın və Qara dəniz vasitəsilə yaşıl enerjinin ixracı məsələsinə toxunub.

Saytların yığılması Saytlarin yigilmasi

Bildirilib ki, sıxılmış təbii qaz, yaşıl enerji və qaz təchizatı ilə bağlı müzakirələr davam edir və Azərbaycan Rumıniyanın energetika bazarına daxil olmağı hədəfləyir.

Görüş zamanı ticarət-iqtisadi əlaqələrin inkişafı da qeyd olunub. Belə ki, ötən il ölkələr arasında ticarət dövriyyəsi təxminən 30 faiz artaraq 670 milyon dollara çatıb. Həmçinin investisiya sahəsində əməkdaşlığın möhkəmləndiyi bildirilib. SOCAR-ın Rumıniyada çox aktiv fəaliyyətinə toxunularaq onun bu ölkənin yanacaq bazarında kifayət qədər əhəmiyyətli yer tutduğu diqqətə çatdırılıb.

Turan İA

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button