2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

“Prezident İlham Əliyev Azərbaycanda milli birlik və siyasi stabillik yaradıb” – RƏY

“Prezident İlham Əliyev ölkədə milli birliyi və siyasi stabilliyi yarada bilib”.

Saytların yığılması Saytlarin yigilmasi

Bunu “Report”a açıqlamasında Azərbaycanda Minadan Zərərçəkənlərin Assosiasiyası İctimai Birliyinin sədri Rey Kərimoğlu deyib.

O, Birinci Qarabağ müharibəsinin iştirakçısı olduğunu bildirib: “O vaxt vahid komandanlıq yarada biləcək liderə ehtiyacımız vardı. Həmin dövrdə ölkədə vahid komandanlıq, milli həmrəylik yaratmaq mümkün olmadı. Qələbənin bir nömrəli şərti ölkədə milli birliyin və siyasi stabilliyin yaradılmasıdır. Prezident İlham Əliyev bunu bacardı. Çox qürurverici günlər yaşayırıq. Şəhidlərimizin canı, qazilərimizin qanı bahasına torpaqlarımızı işğaldan azad etmişik. Sözsüz ki, bütün bu işlərin başında müasir ordumuzun memarı, Prezident, Ali Baş Komandan İlham Əliyevin sistemli və cəsarətli mübarizəsi durur. Mən daim Prezident İlham Əliyevin çıxışlarını izləyirdim. Onun 2007-ci ildən bu yana olan çıxışları proqram xarakterli idi. Ona görə də işğalda olan torpaqlarımızın azad olunacağına hər zaman inanırdım”.

Rey Kərimoğlu qeyd edib ki, Prezident İlham Əliyev hər zaman nəyi, nə zaman və necə edəcəyini bildiyini deyirdi: “Belə də oldu, O, bildiyi kimi də etdi. Prezident İlham Əliyev bütün bu işləri planlı şəkildə apardığı bir vaxtda ordumuz da ləyaqətlə döyüşdü. Bütün Azərbaycan xalqı Ali Baş Komandan ətrafında sıx birləşdi. 44 günlük müharibədən sonra zərgər dəqiqliyi ilə həyata keçirilən lokal xarakterli antiterror tədbirləri ilə bu qələbənin son nöqtəsi qoyuldu”.

Nəcməddin Quluzadə

Mənbə:Report

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button