2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

“Prezident İlham Əliyev diplomatiyada zərgər dəqiqliyi ilə davranır” – RƏY

“Prezident İlham Əliyev diplomatiyada zərgər dəqiqliyi ilə davranır”.

Saytların yığılması Saytlarin yigilmasi

Bunu “Report”a açıqlamasında Bakı Dövlət Universitetinin (BDU) Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin dekan müavini Kərəm Məmmədov deyib.

O söyləyib ki, hər bir dövlətin xarici siyasətinin 3 təməl prinsipi var: ərazi bütövlüyünün, milli maraqların və təhlükəsizliyin təmin olunması: “Bu üç amil bir-birini tamamlayır. Prezident İlham Əliyevin mahir siyasəti nəticəsində hər üç məsələ həllini tapıb. Bu, onu deməyə əsas verir ki, dövlət başçımız mahir diplomatdır. O, diplomatiyada zərgər dəqiqliyi ilə davranır. 30 ildən sonra ərazi bütövlüyümüz və suverenliyimiz təmin olunub – nəhayət, Qarabağa qayıtmışıq. 1 milyona qədər qaçqın və köçkünümüz tədricən öz torpaqlarına qayıdır”.

Ekspertin fikrincə, Azərbaycanın həyata keçirdiyi beynəlxalq siyasət nəticəsində dünyada yeni tendensiyalar formalaşıb.

“Məsələn, Qoşulmama Hərəkatına sədrliyimizə qədər bu qurumun dünyadakı nüfuzu o qədər də çox deyildi. Azərbaycanın rəhbərliyindən sonra bu təşkilat öndə olan qurumlardan birinə çevrilib. Bu, bizim diplomatiyamızın növbəti uğurudur. Azərbaycan dünyada artıq öz sözünü deyən dövlətlərdəndir. Diplomatiyanın əsas tələblərindən biri vaxtında davranmaqdır, gərək nə tələsəsən, nə də gecikəsən. Danışıqların da, hərbi güc tətbiq etməyin də öz vaxtı var. Prezident İlham Əliyev bunu vaxtında davranmağı çox yaxşı bacarır”.

K.Məmmədov söyləyib ki, Prezident İlham Əliyev peşəkar diplomat olduğunu bir neçə dəfə sübut edib: “Baş verənlər ölkə başçısının peşəkar diplomat olmasını bir daha təsdiqləyir. Azərbaycan lideri “nəyi, nə vaxt, necə etmək lazım olduğunu mən bilirəm” prinsipini əməldə də təsdiqləyir. Beləliklə, demək olar ki, İlham Əliyev bir Prezident kimi öz vəzifəsinin öhdəsindən layiqincə gəlir: ümidləri doğruldur, sözlərini yerinə yetirir”.

Mənbə:Report

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button