2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Prezident İlham Əliyev: “İtaliya Azərbaycanın Avropa İttifaqında əsas ticarət tərəfdaşıdır”

Mayın 25-də Azərbaycan prezidenti İlham Əliyev İtaliyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Luka Di Canfrançeskonun etimadnaməsini qəbul edib.

Dövlət başçısının saytı bildirib ki, söhbət qeyd olunub ki, ikitərəfli münasibətlər xüsusi xarakter daşıyır və strateji tərəfdaşlıq müstəvisində inkişaf edir.

Səfir əlaqələrin bütün sahələrdə, o cümlədən elm və təhsil sahəsində uğurla inkişaf etdiyini deyərək, İtaliya universitetlərinin Azərbaycanda açılması istiqamətində aparılan işləri məmnunluqla qeyd edib.

Saytların yığılması Saytlarin yigilmasi

Prezident İlham Əliyev İtaliyanın Azərbaycanın Avropa İttifaqına üzv ölkələr arasında əsas ticarət tərəfdaşı olduğunu vurğulayıb.

Görüşdə iki ölkə arasında siyasi və humanitar əlaqələrin, iqtisadi və təhsil sahəsindəki əməkdaşlığın dinamik surətdə inkişaf etməsindən məmnunluq ifadə olunub. Azərbaycan ilə İtaliya arasında əlaqələrin xüsusilə enerji sahəsindən başladığı, sonra müxtəlif sahələri, o cümlədən mədəniyyət, informasiya-kommunikasiya texnologiyaları, nəqliyyat və digər sahələri əhatə etdiyi bildirilib.

Söhbət zamanı Azərbaycanın işğaldan azad olunmuş ərazilərində aparılan bərpa-quruculuq işlərində dost və tərəfdaş ölkə olan İtaliya şirkətlərinin yaxından iştirakı məmnunluqla vurğulanıb.

Görüşdə Orta Dəhlizin inkişafı və bu çərçivədə əməkdaşlığın perspektivləri müzakirə olunub.

Azərbaycan-Avropa İttifaqı əlaqələri və Avropa İttifaqına üzv ölkə olaraq İtaliyanın bu prosesdə Azərbaycana dəstəyi məsələsi də qeyd edilib.

Turan İA

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button