2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

Prezidentdən turizmə dəstək: Turizm universitetində isə rüşvət “səyahət” edir

Prezidentin ölkədə qeyri-neft sektorunun və əsasən turizmin inkişafına dəstək verir. Ölkə rəhbərliyi açıq şəkildə bəyan edib ki, neft erası bitdi və postneft dövrü başlanıb. İndi turizmin inkişafı ən vacib sahələrdən biri kimi qarşıya qoyulub.

Qonşu Gürcüstan və Türkiyə hər il turizmdən milyonlar qazanır. Azərbaycanda isə bu sahə hələ ki çox zəif inkişaf edib və xidmət sektorundan tutmuş hotellərin səviyyəsinə, turistlərin cəlb edilməsinə qədər passiv fəaliyyət müşahidə edilir.

Bu barədə Politika.Az-ın İqtisadiyyat Şöbəsinin məlumatında qeyd olunur. Xəbərdə deyilir ki, prezident turizmin inkişafı ilə bağlı hələ 2006-ci ildən fəaliyyətə başlayan Azərbaycan Turizm İnstitutunun yaradılması sərəncam imzaladı.

Prezident İlham Əliyevin 2014-cü ildə imzaladığı qərarla Azərbaycan Turizm və Menecment Universiteti olaraq fəaliyyətini davam etdirir.

Saytların yığılması Saytlarin yigilmasi

Amma bu ali məktəb heç də profili istiqamətində işləmir. Turizm Universitetinə Eldar Aslanov rektor əvəzi olaraq nəzarət edir.

Ondan əvvəl Cəfər Cəfərov rektor vəzifəsini daşıyırdı. Amma rəhbər dəyişikliyi də sistemə təsir etməyib. Bu universitet nə turizm sektoru üçün potensial kadrlar yetişdirir, nə də töhfəsi var. Sanki ATMU bazar turizmi üçün yaradılıb.

Yaranmasından 10 il keçməsinə baxmayaraq universitet özünü doğrulda bilməyib. Ölkə turizmi və yerli kadr çatışmazlığı hələ də bərbad durumdadır. Universiteti bitirən məzunların 70%-dən çoxu tamam başqa sahələrdə çalışırlar.

Bütün bu neqativ göstəricilərə baxmayaraq hər zaman bu universitet “BİZDƏ RÜŞVƏT YOXDUR” deyə qürurlanırdı.

Halbuki, rüşvət almamaq onların vəzifə borclarıdır. Görünür öyünüləsi başqa göstəriciləri olmadığına görə, bununla özlərinə “xal qazanmaq” istəyiblər.

Politika.Az-a daxil olan xəbərlərə görə, qış semestri başlar-başlamaz rüşvət turist kimi bütün fakultələri “səyahət” etməyə başlayıb. Tələbələr bu perspektivli sektor üçün peşəkar kadr kimi yetişmək əvəzinə imtahanları yola verir, dekanlar da onları…

Bunun sadə yolu isə imtahanları pulla bağlamaqdır. Əfsus ki, prestijli və gələcəyi olan ixtisar üzrə yaradılmış təhsil ocağı turizm bazarı açıb.

Yanvardan isə semestr pulları tamamilı yığılaraq lazımi ünvana çatır. Bu 10 il ərzində turizm sektorunda bir kadr təqdim edə bilməyən sözügedən təhsil ocağının başqa ali məktəbə birləşdirilməsi də nəzərdə tutulur.

Hətta mediada yayılan xəbərdə bildirilir ki, Azərbaycan Turizm və Menecment Universitetin Beynəlxalq Münasibətlər kafedrasının müəllimi Sahib Səfiyev tələbələrdən külli miqdarda pul yığaraq aradan çıxıb.

Sahib Səfiyev nə az, nə çox, 30-ə yaxın tələbədən onların kəsrlərini düzəldəcəyini söz verərək rüşvət toplayıb. Lakin, bir müddət sonra müəllimin özü də aradan çıxaraq, itib. Bununla da universitetdə tələbə üsyanı başlayıb.

Adının çəkilməsini istəməyən tələbə bildirir ki, Sahib Səfiyev ondan pul alarkən bildirib ki, onun rektor Cəfər Cəfərov və rektor əvəzi Eldar Aslanovla yaxın münasibətləri var. Və bu puldan “yuxarılara” da çatacaq.

Tələbələr bildirir ki, hal-hazırda bu hadisə ilə bağlı universitetdə ajotaj yaranıb. Bir çox tələbə ondan kəsri düzəltmək adıyla alınan pullarını hələ də geri ala bilmir. Yəni orta hesabla hər tələbənin 4-5 kəsiri var.

Tələbələrin tam çoxluğu bunun səbəbini özlərinin dərslərə məsuliyyətsiz yanaşması, qabiliyyətsiz olmaqla bilik alma potensiallarının olmaması ilə əlaqələndirmir.

ATİ-də yaranmış neqativ vəziyyətin başlıca səbəbinin keçirilən fənlərin keyfiyyətsiz tədrisi ilə bağlı olması müəyyən edilib.

Qarşı tərəfi dinləməyə hazırıq.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button