2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
DünyaManşet

Prezidentlərin ofşordakı biznesləri ifşa olundu – Məxfi sənədlər açıldı

rrOCCRP araşdırma təşkilat bu gün Rusiya prezidenti Vladimir Putin, Ukrayna prezidenti Pyotr Poroşenko və başqa siyasətçilər, həmçinin futbolçu Messi, FiFA haqqında dünyanı dəyişəcək sənədlər yayımlayıb. Rusiya prezidenti Vladimir Putinin ofşor zonalara yatırdığı iki milyard dollarlıq aktivləri üzə çıxıb.
Aparılan bir illik araşdırmalar zamanı Putinin yaxın dostu, musiqiçi Serqey Rolduqinin iki milyarddan çox gəliri üzə çıxarılıb. Təşkilatın sızdırdığı məlumatlara əsasən, Putinin ofşorlardakı biznesi Panama, Rusiya, İsveçrə və Kipr dövlətlərini əhatə edir.
Mərkəzi Panama Respublikasında yerləşən və Mossak Fonseka hüquq firmasına aid 40 illik gizli sənədləri internetə sızdırdıqdan sonra məşhur olan təşkilat, ofşor zonalara sahib siyasi liderləri, sənətçiləri və mafiya liderlərini ifşa edən sənədləri “Panama Papers” (Panama sənədləri) adı altında yayımlayır.
Qısa bir zamanda məşhurlaşan “Panama Papers”in bütün araşdırmaları milyonlarla insan tərəfindən oxunur. Tanınmış simaların vergidən yayınmaq üçün istifadə etdiyi bank hesabları və bir sıra hüquqi sənədlər bu təşkilat tərəfindən yayımlanıb.
Panamada yerləşən Mossak Fonseka hüquq firmasına aid yayılan sənədərin 2.6 terabayt böyüklüyündə olduğu açıqlanmışdı. İddialara görə, həmin sənədlər 40 illik müddəti əhatə edir və təxminən 210 min şirkət haqqında gizli məlumatı özündə birləşdirir. İnternetə sızan məlumatlarda İzlandiya və Pakistanın baş nazirləri, Ukrayna prezidenti, bəzi nazirlər və Səudiyyə Ərəbistanı kralının da adı var. (musavat.com)

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button