2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Prezidentliyə namizədlərin sayı 15-ə çatıb

Azərbaycanda 15 nəfərin prezidentliyə namizədliyinin irəli sürülməsi təsdiq edilib

Bakı/26.12.23/Turan: Dekabrın 26-da Azərbaycan Mərkəzi Seçki Komissiyası (MSK) daha 8 nəfərin namizədliyinin irəli sürülməsini təsdiq edib.

MSK-nin məlumatınada deyilir ki, MSK-nin bu günki iclasında namizədlikləri özləri tərəfindən irəli sürülən Sərvan Kərimov (elmi fəaliyyətlə məşğul olub), Mətləb Mütəllimlinin (Milli Məclisin I çağırış və Azərbaycan Ali Sovetinin XII çağırış deputatı, həmçinin Əbülfəz Elçibəy hökumətində Azərbaycan baş prokurorunun birinci müavini olub), Abutalıb Səmədovun (Azərbaycan Naminə Alyans Partiyasının sədri olub, Milli Məclisin iki çağırış deputatı (1994–2023) seçilib), Fikrət Yusifovun (Azərbaycanın maliyyə naziri (1994-1999) vəzifəsində çalışıb, hazırda “Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar İctimai Birliyinin sədridir), Yusif Bağırzadənin (Əvvəllər Azərbaycan Milli İstiqlal Partiyasının sədri olub, Milli Məclisin bir çağırış deputatı seçilib, Mərkəzi Seçki Komissiyasının üzvü olub), Arzuman Abdulkərimovun (Ana Vətən Partiyasında sədr müavini olub), Yunus Oğuzun (Hazırda “Olaylar” qəzetinin baş redaktorudur. Əvvəllər Milli Vəhdət Partiyasının sədri (2000-2023), Vəhdət Partiyası sədrinin birinci müavini (1998-2000), Xalq Azadlıq Partiyasının sədri olub) və Qulamhüseyn Əlibəylinin (Milli Məclisin iki çağırış deputatı, Aydınlar Partiyasının sədri (2008-2023, daha əvvəl isə Azərbaycan Xalq Cəbhəsi Partiyasının Ali Məclisnin sədri olub) namizədliyinin irəli sürülməsi təsdiq edilib.

Saytların yığılması Saytlarin yigilmasi

Bununla da prezidentliyə namizədliyinin irəli sürülməsi təsdiqlənən şəxslərin sayı 15-ə çatıb.

Bundan öncə MSK hazırki prezident İlham Əliyevin, namizədliyi təşəbbüs qrupları tərəfindən irəli sürülən Zahid Oruc (Milli Məclisin İnsan Hüquqları Komitəsinin sədri) və Fuad Əliyevin (keçmiş Liberal Demokrat Partiyasının sədri olub), Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafanın, Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayevin, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyevin, Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayevin namizədliyinin irəli sürülməsini təsdiqləyib.

Azərbaycanın müxalifət partiyaları Müsavat və Klassik Xalq Cəbhəsi Partiyası seşkilərdə iştirak etmir, Azərbaycan Xalq Cəbhəsi Partiyası isə seçkiləri boykot edir. -0-

Turan İA

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button