2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Prezidentliyə daha iki nəfərin namizədliyi açıqlanıb

Bakı/16.12.23/Turan: “Böyük Quruluş” Partiyasının sədri, parlamentin mədəniyyət komitəsinin sədri Fazil Mustafanın fevralın 7-də keçiriləcək növbədənkənar seçkilərdə prezidentliyə namizədliyi irəli sürülüb. Fazil Mustafanın özünün verdiyi məlumata görə, bu barədə qərar bu gün partiyanın Ali Məclisinin iclasında qəbul edilib.

Bu gün Sosial Tədqiqatlar Mərkəzinin idarə heyətinin sədri, deputat Zahid Oruc da preizdentliyə namizədliyini irəli sürmək niyyətini açıqlayıb.

Dekabrın 14-də hakim Yeni Azərbaycan Partiyası hazırkı dövlət başçısı İlham Əliyevin prezidentliyə namizədliyini irəli sürüb.

Saytların yığılması Saytlarin yigilmasi

Prezidentliyə namizədlik irəli sürüldükdən sonra MSK tərəfindən təsdiq edilməlidir. Bundan sonra namizədin rəsmi olaraq qeydə alınması üçün onun xeyrinə 40 min seçici imzası toplanmalıdır. 06В

Turan İA

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button