2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Prezidentliyə namizəd olmuş Fuad Əliyev vəzifə istəyir

7 fevralda keçirilmiş növbədənkənar prezident seçkilərində müstəqil namizəd olmuş Fuad Əliyev hakimiyyətdən vəzifə təklifləri gözləyir. 

Toplum TV xəbər verir ki, bu barədə o, fevralın 8-də “Yenisabah” nəşrinə açıqlamasında bildirilib. 

“Adətən, seçilmiş prezident yeni hökuməti formalaşdıran zaman seçkilərdə iştirak etmiş namizədlərə vəzifələr təklif edir. 

Saytların yığılması Saytlarin yigilmasi

Bizə hansısa təklif olunsa sözsüz ki, dəyərləndirəcəyik, amma hansı sahəyə aid olması təklifdən asılıdır. 

Əgər məndən soruşsalar ki, özünüzü hansı sahələrdə görürsünüz, təhsil, səhiyyə kimi sahələrdə fəaliyyət göstərib, xalqımıza layiqli töhfə verə bilərik”, – deyə o qeyd edib. 

Mərkəzi Seçki Komissiyasının açıqladığı seçkilərin ilkin nəticələrinə görə, Fuad Əliyev seçkilərdə 0,53 faiz səs toplamaqla 7 namizəd arasında sonuncu pillədə qərarlaşıb.

İlkin nəticələrə əsasən, hazırkı prezident İlham Əliyev səslərin 92,05% faizini qazanıb. 

 
 

“ToplumTv”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button