2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Prezidentliyə namizədin qeydə alınması üçün müddət  başa çatır

Sabah növbədənkənar prezident seçkiləri ilə əlaqədar namizədin qeydə alınması ilə bağlı zəruri olan seçki sənədlərinin Mərkəzi Seçki Komissiyasına təqdim edilməsi üçün ayrılan müddət başa çatır.

Toplum TV APA-ya istinadən xəbər verir ki,  Seçki Məcəlləsinə  əsasən, namizədlik sənədi səsvermə gününə ən çoxu 50 və ən azı 30 gün qalmış saat 18.00-dək Mərkəzi Seçki Komissiyasına təqdim olunmalıdır.

Məlumata görə, indiyədək 17 nəfərin prezidentliyə namizədliyi təsdiqlənib.

Saytların yığılması Saytlarin yigilmasi

Prezidentliyə namizədliyi qeydə alınanların sayı isə hələlik 3-dür.

MSK-nın 2023-cü il dekabrın 30-da keçirilən iclasında İlham Əliyevin, 2024-cü il 6 yanvarda keçirilən iclasında isə Zahid Oruc və Razi Nurullayevin prezidentliyə namizədliyi qeydə alınıb.

Azərbaycanda növbədənkənar Prezident seçkiləri 2024-cü il fevralın 7-də keçiriləcək.

“ToplumTv”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button