2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Prezidentliyə namizədliyini irəli sürən şəxs: “İlham Əliyevi xilas etmək istəyirəm, ancaq o, əl vermir”

Sarvan Kərimov deyir ki, İlham Əliyevin qeydiyyatı ləğv olunmalıdır

Yanvarın 7-də Prezidentliyə namizədliyini irəli sürən 3 iddiaçı Mərkəzi Seçki Komissiyasının (MSK) qarşısında aksiya keçirəcək.

Bu barədə onlardan biri, hüquqşünas Namizəd Səfərov Meydan TV-yə açıqlama verib.

Saytların yığılması Saytlarin yigilmasi

Namizəd Səfərovun sözlərinə görə, o, Mətləb Mütəllimli və Sarvan Kərimovla yanvarın 6-da MSK qarşısında aksiya keçirsələr də, komissiya rəsmilərindən onları qəbul edən olmayıb.

Fevralın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri keçiriləcək.

Bu günə qədər 3 nəfərin – YAP sədri, hazırkı ölkə başçısı İlham Əliyevin və deputatlar Zahid Orucla Razi Nurullayevin namizədliyi qeydə alınıb.

Bu gün imza vərəqələrinin MSK-ya təhvil verilməsinin son günüdür.

Namizəd Səfərov imza toplamaq üçün az vaxtın verilməsindən şikayətlənir:

Mən dekabrın 25-də imza vərəqələri almaq üçün sənədlərimi MSK-ya təqdim etsəm də, yalnız 31 dekabrda imza vərəqələrini ala bilmişəm. Halbuki dekabrın 21-dən komissiyaya müraciət etmişəm və 25 dekabra qədər hər gün MSK-ya getsəm də, qapıdakı polis deyir ki, telefonla zəng edin, cavab verəcəklər. Nəhayət, 25 dekabrda sənədləri götürüblər, buna görə arayışı da tələb edəndən sonra almışam, yoxsa onu da uzadacaqdılar”.

Seçki Məcəlləsində yazılıb ki, 5 gün ərzində sənədləri yoxlayıb cavab verməlidirlər, ancaq şəxsiyyət vəsiqəsi, diplom və arayış doldurmuşam, vəssalam. Maksimum 1 saata yoxlayıb imza vərəqələrini vermək olar. Beləliklə, 31 dekabrda imza vərəqələrini ala bildim. Diqqət edin, nə qədər vaxtı uzadırlar”, – deyə o bildirib.

Onun sözlərinə görə, 31 dekabrdan sonrakı günlər bayram olduğundan problem daha da dərinləşib:

Məcəllədə imza toplamaq üçün təhsil müəssisələri də göstərilib, amma bizi ora buraxmayıblar. Açıq dedilər ki, onlara seçkiyə qarışmağı qadağan ediblər. Biz bayram günlərində yalnız evlərə gedib imza toplaya bilmişik. Bu vəziyyətdə 40 min imza toplamaq mümkünsüzdür, MSK-ya gedib şikayət etmək istəsəm də, qapılar üzümüzə bağlıdır. Qapıdaki polisə şikayətimi deməyə nümayəndəylə görüşmək istədiyimi söyləyirəm, cavab verir ki, çöldə telefon var, zəng elə. Amma həmin telefonla komissiyayla əlaqə saxlamaq olmur”.

Qəribədir ki, bu günlərdə hakimiyyətin istədiyi namizədləri MSK qarşısında görmədim. Görünür, onlar belə problemlərlə qarşılaşmırlar da”, – deyə Səfərov əlavə edib.

O, az vaxt ərzində yalnız 20 min imza topladığını bildirib:

Amma komissiya bu vəziyyəti bizimlə müzakirə etmək xahişlərimizə məhəl qoymur. Ona görə indidən deyirəm, imza toplama mərhələsi tam pozuntuyla keçib, komissiyada şikayətlərimizi də dinləməyiblər”.

Digər iddiaçı Mətləb Mütəllimli bildirib ki, onlar dekabrın 21-ə qədər müxalifət düşərgəsinin seçkilərə qatılacağını düşünüblər:

Hesab edirdik ki, müxalifətin də namizədi qatılar və biz də həmin namizədin müdafiəsinə dəstək olarıq. Təəssüf ki, müxalifət boykot qərarı ilə İlham Əliyev üçün geniş şərait yaratdı. Ona görə məcbur olub dekabrın 21-dən seçkilərə qatıldıq, əslində, bu, gec idi. Çünki 27 dekabrda imza vərəqələrini aldım. Təsəvvür edin, 11 gündə 40 min imza toplamalaydım”.

Bu gün hakimiyyətin təyin etdiyi namizədlər üçün bütün şəraitlər yaradıldığı halda bizim müraciətlərimizə baxan yoxdur. Dəfələrlə mənim də, Namizəd Səfərovun da səlahiyyətli nümayəndələrimiz Mərkəzi Seçki Komisisyasına gedib, onları nəinki qapıdan içəri də buraxmayıblar, bir nəfər nümayəndə belə qarşılarına çıxıb şikayətlərini dinləməyib. Tam laqeyd münasibət göstərilib”, – deyə Mütəllimli əlavə edib.

Onun sözlərinə görə, imzatoplama prosesi zamanı əhalidə güclü qorxu hiss edib:

İnsanlara başqa namizədlərə səs verməmək üçün xəbərdarlıq ediblər. Konkret olaraq, məktəblərdə valideynlərə deyiblər ki, müstəqil namizədlər gələndə imza verməyin. Bizim nümayəndələrimizi çağırıb hədə-qorxu gəliblər. Bəzi seçicilərə polis tərəfindən təzyiq ediblər, onlar da imzalarını geri götürüblər. Bu cür biabırçı faktlar var. Şəxsən mən Bakı Dövlət, Memarlıq, Texniki, Xarici Dillər və Slavyan universitetlərinə gedib imza toplamaq istəsəm də, yaxın buraxmadılar. Hətta Bakı Dövlət Universitetindən bildirdilər ki, seçki siyasi məsələ olduğundan qarışmırlar. Ancaq Seçki Məcəlləsini onlara göstərsək də, nəzərə almadılar”.

O, sadaladıqları ilə bağlı MSK-ya şikayət etdiklərini, ancaq reaksiya verilmədiyini vurğulayıb:

Məzahir Pənahov 23 ildə seçkiləri necə saxtalaşdırıbsa, elə də saxtalaşdıracaq. Amma bir məqamı xatırladım ki, fəal insanlar imza vərəqələrimizi aparıb imza yığırdılar. Belə insanlar az da olsa, var. İndi çalışmaq lazımdır ki, seçki saxtakarlığının qarşısını almaq üçün belə insanların sayı artsın”.

Başqa bir namizədliyə iddiaçı Sarvan Kərimov YAP sədri İlham Əliyevin qeydiyyatının ləğv olunmasıyla bağlı məhkəməyə müraciət edəcəyini bildirib:

Əsas pozuntu ondadır ki, seçki təbliğat-təşviqat mərhələsi başlamadığı halda ölkənin hər yerində Əliyevin şəkilləri yayılıb. O cümlədən, televiziyalarda hər gün indiki ölkə başçısı təbliğ edilir. Bütün bunlar Seçki Məcəlləsinin 75.2 maddəsinin pozulmasıdır. Yəni təbliğat-təşviqat kampaniyası seçki gününə 23 gün qalanda başlamalıdır, amma Azərbaycan hakimiyyəti bu tələbə məhəl qoymur”.

Sarvan Kərimovu daha çox cəmiyyətin seçkiyə laqeydliyi qayğılandırır:

Cəmiyyətimizin seçki kimi mühüm hadisəyə laqeyd münasibətindən narazıyam”.

O, hazırki ölkə başçısı, prezidentliyə namizəd İlham Əliyevə çağırış da edib:

İlham Əliyevə əlimi uzadıb onu xilas etmək istəyirəm, ancaq o, əl vermir, xilas olmaq istəmir”.

Deyilən şikayətlərlə bağlı MSK-ın mətbuat xidmətinin rəhbəri Şahin Əsədliylə əlaqə saxlamaq mümkün olmayıb.

Meydan.tv

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button