2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Professor: “Azərbaycanla Türkiyənin sarsılmaz birliyi Qafqazda nifaq yaratmaq istəyənləri yerində oturdur”

“Azərbaycanla Türkiyənin sarsılmaz birliyi Qafqazda nifaq yaratmaq istəyənləri yerində oturdur”.

Saytların yığılması Saytlarin yigilmasi

Bunu “Report”un yerli bürosuna açıqlamasında Türkiyə Prezidenti yanında Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü, Yedditəpə Universitetinin professoru Mesut Hakkı Çaşın deyib.

Şura üzvü İstanbulda keçirilən “IDEF-23” 16-cı Beynəlxalq Müdafiə Sənaye Sərgisində Azərbaycan stendini ziyarət edib.

O, Qafqaz regionunda sülhü istəməyən qüvvələrə bu sərgidə nümayiş olunan həm Türkiyənin, həm Azərbaycanın, həm də bütün türk dövlətlərinin istehsal etdiyi məhsulları diqqətlə nəzərdən keçirməyi tövsiyə edib.

Professor vurğulayıb ki, bu beynəlxalq sərgi Qafqazda qarışıqlıq yaratmaq istəyənlərə Azərbaycanla Türkiyənin, eləcə də bütün türk dünyasının burada nümayiş olunan məhsulları ən yaxşı cavabdır.

Ekspert sərgidə nümayiş edilən Türkiyə Silahlı Qüvvələrinin istehsal etdiyi təyyarələr, silah sistemləri və digər sursatların böyük etibar qazandığını söyləyib:

“Azərbaycanlı qardaşlarımız da bunlardan çox məmnundurlar. Digər ölkələr də bu məhsulları əminliklə alır. Cənab Prezidentimiz Rəcəb Tayyib Ərdoğanın da soylədiyi kimi, Türkiyə bu il müdafiə sənayesi sahəsində 6 milyard dollarlıq məhsul ixrac etməyi qarşısına məqsəd qoyub”.

Mənbə:Report

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button