2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Putin Navalnının ölümündən danışdı: “Onu dəyişməyə razılaşmışdım”

Rusiya Prezidenti siyasətçinin ölümünü “kədərli hadisə” adlandırıb

Rusiya Prezidenti Vladimir Putin ilk dəfə müxalif siyasətçi Aleksey Navalnının koloniyada ölümü ilə bağlı danışıb.

Cənab Navalnıya gəlincə… Bəli, o vəfat etdi. Bu, kədərli bir hadisədir. Bax, bizdə başqa hallar da olub ki, azadlıqdan məhrumetmə yerlərində olan insanlar ölüb. Bu ABŞ-da baş verməyibmi? Dəfələrlə baş verib”, – deyə Putin bildirib.

Saytların yığılması Saytlarin yigilmasi

V.Putinin sözlərinə görə, Aleksey Navalnını Qərbdəki məhbuslarla dəyişməyə razı olub:

V.Putin. Foto: Meydan TV

“Yeri gəlmişkən, sizə deyim: cənab Navalnı vəfat etməzdən bir neçə gün əvvəl bəzi həmkarlarım mənə dedilər ki, onu Qərb ölkələrində həbsdə olan bəzi insanlarla dəyişmək ideyası var. Mənə inana da, inanmaya da bilərsiniz. Mənimlə danışan şəxs hələ cümləsini bitirməmişdi və mən artıq dedim: “Razıyam”. Onu bir şərtlə dəyişməyə razılaşdım ki, bir də qayıtmasın. Təəssüf ki, bu hadisə baş verdi. Amma həyatda belə şeylər də olur, bununla bağlı heç nə etmək olmaz. Bu, həyatdır”.

Fevralın 16-da Federal Penitensiar Xidmət Aleksey Navalnının Yamalo-Nenets dairəsinin Xarp qəsəbəsindəki koloniyada öldüyünü açıqlayıb.

Aleksey Navalnı 2021-ci ilin fevralında Almaniyadan Rusiyaya qayıdarkən “Şeremetev” Hava Limanında saxlanılıb.

Avqustun 4-də Moskva Şəhər Məhkəməsi Aleksey Navalnıya ekstremist birlik yaratmaq ittihamı ilə 19 il həbs cəzası verib.

Meydan.tv

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button