Loading...
Loading...
Xəbərlər

Putin Tehranda Rəisi və Ərdoğanla görüşəcək

Astana formatında danışıqlar keçiriləcək

Rusiya Prezidenti Vladimir Putin Tehrana səfər edəcək, Suriya üzrə Astana adlandırılan formatın tərkib hissəsi kimi türkiyəli və iranlı həmkarları ilə görüşəcək.

Kremlin sözçüsü Dmitri Peskov iyulun 12-də deyib ki, Putin iyulun 19-da Türkiyə Prezidenti Receb Tayyib Ərdoğan və iranlı həmkarı İbrahim Rəisi ilə danışıqlar aparacaq. Moskva fevralın sonunda Ukraynanı işğal etməyə başlayandan Rusiya lideri ikinci xarici səfərinə çıxır.

Rusiya, İranTürkiyə ilkin olaraq Qazaxıstan paytaxtı Astanada bir neçə dəfə bir araya gələrək Suriyadakı vətəndaş müharibəsini bitirməyi, bu Yaxın Şərq ölkəsində vəziyyəti sabitləşdirməyi müzakirə ediblər.

İranla Rusiya Suriya Prezidenti Başar al-Assadın qatı tərəfdarlarıdır. Türkiyə isə onun hakimiyyətdən getməsinə çağırır, müxalif döyüşçüləri dəstəkləyir.

AzadliqRadiosu

Gözdən qaçırmayın:  TƏBİB: Bu yay 16 nəfəri gün vurub

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button