2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Putin: “”Vaqner” artıq yoxdur”

Rusiya Prezidenti qanunda belə bir hərbi birləşmənin olmadığını bildirib

Rusiya Prezidenti Vladimir Putin “Vaqner” özəl şirkətinin artıq mövcud olmadığını deyib.

Ancaq Rusiya dövlət başçısı əvvəllər “Vaqner”in dövlət tərəfindən tam təmin olunduğunu da demişdi.

Saytların yığılması Saytlarin yigilmasi

Bu barədə “Kommersant” qəzeti yazıb.

“Vaqner”in döyüş bölməsi kimi qalıb-qalmayacağı ilə bağlı suala Vladimir Putin belə cavab verib:

“”Vaqner” yoxdur. Bizim şəxsi hərbi təşkilatlar haqqında qanunumuz yoxdur! Sadəcə, mövcud deyil! Qrup mövcuddur, lakin hüquqi cəhətdən mövcud deyil!”.

Vladimir Putin 2 həftə əvvəl dövlətin bir il ərzində hərbi qrupa 86 milyard rubldan çox pul ödədiyini də demişdi.

İyunun 29-da Rusiya Prezidenti Vladimir Putin Kremldə “Vaqner” hərbi birliyinin rəhbərliyi ilə görüşmüşdü.

Bu barədə xarici medianın yazdığını təsdiqləyən Rusiya Prezidenin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov görüşün məlum qiyam cəhdindən beş gün sonra sonra baş tutduğunu deyib.

“Həqiqətən də, dövlət başıçısının belə bir görüşü olub. Prezident 35 nəfəri dəvət etmişdi, bütün bölük komandirlərini və rota rəhbərliyini. O cümlədən, Priqojinin özünü. Bu görüş iyunun 29-da Kremldə baş tutub. Üç saata yaxın davam edib”, – deyə o, jurnalistlərə görüş barədə danışıb.

Ancaq D.Peskov qeyd edib ki, bu görüşün təfərrüatları məlum deyil:

“Yalnız onu deyə bilərəm ki, prezident hərbi müdafiə zamanı şirkətin cəbhədəki fəaliyyətinə, eyni zamanda, 24 iyun hadisələrinə də qiymət verib. Putin komandirlərin izahatlarını dinləyib və onlara əlavə təkliflər verib”.

İyunun 24-də Rusiyada hakimiyyəti devirmək cəhdi olub.

“Vaqner” hərbi qruplaşmasının rəhbəri Yevgeni Priqojin iyunun 23-dən 24-nə keçən gecə hərbi hərəkətə başladığını elan edərək Moskvaya doğru yürüş edib.

O, əvvəlcə Rostov, ardınca isə Voronej şəhərlərini nəzarətə götürüb.

Günün birinci yarısında Prezident Vladimir Putin xalqa müraciətində baş verənləri xəyanət adlandırıb və qiyamı təşkil edənlərlə bağlı orduya əmr verildiyi bildirib.

Günün ikinci yarısı Belarus Prezidenti Aleksandr Lukaşenko rusiyalı həmkarı ilə razılaşaraq Priqojinlə danışıq aparıb.

Nəticədə Y.Priqojin hərbi yürüşü dayandıraraq Belarusa gedib.

Onun barəsində açılan cinayət işi isə ləğv edilib.

Meydan.tv

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button