2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

Qəbristanlıqda görüş

İlham Hüseyn

Həmişə Milli Şuraya, AXCP-yə daş atanlar tapılıb və bu “daşatma mərasimi” davam edir. Təbii ki, bizim də daşı geri qaytarmaq hüququmuz var və bunu etməkdə qəbahət görmürük. Təəssüf doğuran budur ki, hər dəfə belə hadisələr yaşananda “yenə bir-birin qırırlar” deyənlər peyda olur və bu adamlar cəmiyyəti çaşdırmağa, əsas hədəfdən yayındırmağa xidmət edirlər. Ədalətli, vicdanlı adam müşahidə etdiklərinə adekvat reaksiya verməlidir. Məsələn, Aslan İsmayılova nəzər salaq. Bu adam siyasi lider deyil, bizə rəqib olacaq təşkilatı yoxdur, hakimiyyəti dəyişmək gücünə sahib deyil. Deməli, son günlər müşahidə edilənlərə “bir-birinizi qırmayın”, “birləşmək lazımdı” formasında reaksiya vermək absurddu.
Biz Aslanları bizə şər-böhtan atdığına görə yox, xalqı aldatdığına görə “daşlayırıq”. Xeyli müddətdir ki, bu “hüquq mələyi” sosial problemləri gündəmi gətirərək özünə müəyyən auditoriya qazanıb. Bu problemlərdən yazmaqda məqsəd də auditoriya toplamaq idi. Çünki auditoriyanı böyütdükdən sonra əsas missiyasına start verməliydi və verdi. O qədər mənəvi boşluğa düşdü ki, dünyanın “siyasi məhbus” kimi tanıdığı Murad Ədilova “narkoman” deməkdən, Oqtay Gülalıyevə edilən maddi yardımı şübhə altına almaqdan, bir müddət əvvəl statusunda öydüyü Əli Kərimlini Ramiz Mehdiyevin adamı adlandırmaqdan da çəkinmədi. Yeri gəlmişkən, Milli Şura haqqında düşmən obrazı yaratmağa çalışan bu hüquq buqələmunu Milli Şuranın mitinqlərində tribunada yer alıb, çıxış edib. Əgər Milli Şura bu qədər dəhşətli bir qurumdursa, özünü niyə onların yanına dürtmüşdün?
Dostlar, yuxarıda da qeyd etdiyim kimi, biz Aslanlara cavab verməyə də bilərik. Amma minlərlə insanın aldadılmasına göz yummaq da ədalətsizlikdi. Aslan rejimin növbəti “makqalı qəhrəman” ıdır və hər dəfə xalqın etirazı güclənəndə, vahid etiraz mərkəzi yarananda belə maskalılar peyda olur. Ona görə də bu adamların masqasın cırmaq lazımdı.
Bu ölkəyə korrupsiyanı, repressiyanı, hüquqsuzluğu Milli Şura gətirib? Bütün bu iyrənclikləri Əli Kərimli həyata keçirir? Aslan doğurdan da aslandırsa, niyə əsas səbəbkarların adın çəkə bilmir? Niyə hakimiyyətin təpəsində oturanların xoşuna gəlməyə çalışır?
Heç nə təsadüfən olmur. Bir müddət əvvəl eyni ittihamları Fəzail Ağamalı səsləndirmişdi. Sonra Eldar Namazov xora qoşuldu, ondan əvvəl Mirşahin dilə gəlmişdi. İndi də Aslanın növbəsidir. Yəni, təlimat eyni mərkəzdən gəlir. Aslançikin dünənki canlı yayımına diqqətlə baxın. Hər şeyi yazılmış mətndən oxuyurdu. Yəni, danışdığı heç nə bədahətən deyildi, xalq sevgisindən doğmamışdı. Ağalarının “zakaz”ın ifa edirdi.
Amma xalqımız artıq belə “kəndirbaz” ları yaxşı tanıyır. Təcrübədə çoxlu Aslanlar görmüşük və hamısı da dirilər qəbristanlığının sakinidi. Onları doğmaları yox, ictimai-rəy dəfn edib. İndi Aslan üçün ən doğma adamlar Mirşahinlər, Eynullalar, Rauflardı. Onlar hamısı eyni qəbristanlığın sakinləridi. Sadəcə olaraq Aslan bu qəbristanlığın ən hörmətli sakini olmaq istəyir. Bu qəbristanlığın “polajenia” sına özü baxmaq istəyir. Qəbristanlığın sahibinə söz verib ki, ən sözəbaxan ölü olacaq.
Əslində, bizim işimiz də çətindi. Bilmirik kimə başsağlığı verək. Amma kimə gözaydınlığı verəcəyimizi bilirik. Xalqımızın gözü aydın olsun, şərin daha bir əsgəri öldü. Aslan da dirilər qəbristanlığının ölmüş sakini oldu. Bir müddətdən sonra “ölmüşlərin paradı” keçiriləcək. Belə ölülərə bir ağızdan nə deməliyik? Allah lənət eləsin!

Saytların yığılması Saytlarin yigilmasi

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button