2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Qəddafinin oğlu Seyf əl-İslam siyasətə qayıdır:Qərb onu dəstəkləyəcəkmi?

Aleksandr Şimberq

REGNUM İA

Liviyada Tobruk parlamentini təmsil edən general Xəlifə Həftarla beynəlxalq birliyin tanıdığı, amma şərqdə hətta bütün Trpoliyə nəzarət etməyən, hərbi və diplomatik qaydada Misirin dəstəklədiyi Tripoli hökumətinin başçısı Fayiz əl-Sərrac arasında qarşıdurmanın davam etdiyi bir vaxtda Liviya əhalisi üçün Qəddafinin “dinc” dövrü çatışmır. Düzdür, o, diktator idi, lakin liviyalıların çoxu üçün ölkəni sabit saxlayırdı, halbuki onun ölümündən sonra Liviya hərc-mərcliyə yuvarlanıb.

Saytların yığılması Saytlarin yigilmasi

İndi düşmənlik edən tərəflərin bu gün silahı yerə qoyub hökumət yaradacağına müqəddəm şərtlər çox deyil, çünki indiki anda ölkənin bütövlüyündənsə onların siyasi siyasi iddiaları daha önəmlidir. Bunun sübutu odur ki, onlar ölkəni məhv edən, böyük itkilər törədən, Liviya və bölgədə sabitsizliyi gücləndirən zorakılıq münaqişəsinin mümkün həllini tapmağa cəhd etmirlər.

Bununla belə, üfüqdə son nəticədə Liviyada qüvvələr tarazlığını dəyişdirə biləsi əlavə oyunçu peyda olur. Bu günlərdə Zintan yığma qoşunu Liviyanın mərhum diktatorunun oğlu Seyf əl-İslamı azad edib. Üsyançılar dəstəsi beş il əvvəl Nigerdəki qardaşı Səədiyə qoşulmağa çalışan Seyf əl-İslamı həbs etmişdi.

Seyf əl-İslam sıravi liviyalı deyil, atasının idarəçiliyinin son illərində ölkənin idarəsində iştirak edib. O, yeni Liviyanı başqa cür görürdü, lakin sayğı və qorxu üzündən atasının idarəçilik üslubuna höcət etmir, olduqca patriarxal, tayfasal və dərindən mühafizəkar ölkədə tədrici dəyişiklik etmək istəyirdi. Buna baxmayaraq 2011-ci ilin ərəb baharı onun təkamül dəyişimlərinə arzularını məhv etdi. İnqilabi çağırışların bürüdüyü üsyan zamanı üsyançılar onda öz qəddar və böyüklük maniyasından əzab çəkən atasının güzgü əksini görürdülər. İndi ərəb baharı bitərkən liviyalılar ona gələcək Liviyanın mümkün memarlarından biri kimi yanaşırlar. Xüsusən də ölkədə hakimiyyət uğrunda siyasi mübarizənin sürdüyü vaxtda.

Tamamilə mümkündür ki, Seyf əl-İslam Zintan tayfası və onun yığma qoşunu vasitəsilə Liviya xalqı arasında dəstək əldə edəcək. O, ölkənin bədəvi tayfaları arasında yetərincə hörmətə malikdir və qəddar, ekssentrik olmadan atasının xarizmasına sahibdir.

Tripolidəki əl-Sərrac hökuməti ölkə üçün istənilən gələcək siyasi ssenaridə onun güclü siyasi oyunçu kimi təkrar görünməyindən ehtiyat edərək 2015-ci ilin iyununda önu ölüm cəzasına məhkum edib, lakin hökm icra olunmayıb, Tobruk parlamenti isə 2017-ci il mayın əvvəlində onu əfv edib və Zintan yığma qoşunu onu azad edib.

q

Müəmmar Qəddafi

Qərb Seyf əl-İslamı dəstəkləyəcəkmi?

Qəddafinin süqutundan və Zintan tayfası Seyf əl-İslamı həbs etdikdən sonra Beynəlxalq cinayət məhkəməsi 2011-ci il üsyanının boğulmasında roluna görə ədalətli mühakimə üçün onu təhvil verməyə çağırıb. Lakin yığma qoşun imtina edib. Sorğu tezliklə rədd olunub – ehtimal ki, iki səbəbə görə: birincisi, onun ölkədəki mümkün gələcək siyasi önəmi və ikincisi, bir milyard ABŞ dolları təşkil edə biləcək mümkün sərvətinə görə.

Tamamilə mümkündür ki, Qərb indiki anda Liviyanın sabitləşməsi və güclü hökumət və xarizmatik lider tərəfindən yönəldilməsinin əleyhinə deyil. İndiki hər iki əsas qəhrəmanın Liviyanı dinc, demokratik və çiçəklənən gələcəyə aparmağa gərək olan keyfiyyətləri yoxdur. Bəzi ərəb icmalçılarının fikrincə, Həftar Misir, Rusiya və ABŞ-la dərclərdə barəsində dəfələrlə danışılan bütün əlaqələri müqabilində artıq yetərincə yaşlıdır və ciddi siyasi təcrübəsi yoxdur. əl-Sərrac isə BMT tərəfindən dəstəklənsə də, islamçı qruplaşmaların təsiri altındadır və liviyalılar arsında hörməti yoxdur. Seyf əl-İslam bu fonda Liviya üçün tamamilə məqbul adam kimi seçilir. Cavandır, 44 yaşı, yaxşı təhsili var, siyasi təcrübəyə malikdir və ölkə daxilində xeyli ardıcıl toplaya bilər.

h

General Xəlifə Həftar

Əlbəttə, bütün bunlar xarici oyunçuların, hər şeydən öncə Ərəb dövlətləri liqası, Misir, İtaliya və ola bilsin, Rusiyanın dəstəyi zamanı mümkündür. Çox ehtimal ki, ABŞ administrasiya dəyişdiyinə görə Liviyada siyasi proseslərə fəal şəkildə qoşulmayacaq. Xəlif Həftar özünün qoca olduğu tezisi ilə razılaşmaya bilər, axı indiki Liviyada gerçək qüvvəni təmsil edir və bölgədəki böyük beynəlxalq oyunçular arasında hələlik yetərincə yaxşı manevr edir, döyüş qabiliyyətli ordusu var və Liviyanın əsas neft rayonları və qara qızıl ixracatı üçün terminallar üzərində nəzarəti saxlayır. Ola bilsin, Qəddafinin oğlu bədəvi tayfalarla danışıqlara əlavə arqumentlər verməkdə ona müttəfiq kimi yarayardı, lakin bu barədə hələlik heç bir məlumat yoxdur. Hadisələrin sonrakı inkişafını gözləyəcəyik.

Tərcümə Strateq.az-ındır.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button