2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Qənimət Zahidin yeni kitabı Azərbaycandakı işgəncə dəhşətləri haqqindadır

Qənimət Zahid

Dəyərli dostlar.
Daha bir kitab yazdım.
Son zamanlar Azərbaycanda ən çox müzakirə edilən problemlərdən biri, razılaşın ki, işgəncə dəhşətləridir. Həm də hər yerdə! Kimin çiynində paqon, əlində səlahiyyət varsa, işgəncə vermək haqqı var. Azərbaycanlıları döyə- döyə idarə edirlər və bu, get- gedə daha şiddətli mərhələlərə keçir.
Amma çox təəssüf ki, özümüz deyib, özümüz eşidirik. Dünyada “Azərbaycan işgəncələri” xüsusi fenomen kimi təqdim edilmir. Ayrı- ayrı epizodlar üzrə hesabatlara düşsə də, işgəncənin fasiləsiz bir proses kimi Azərbaycanın ictimai- siyasi sektorunda, bütün cəmiyyətin həyatında hansı neqativ rol oynadığını adekvat biçimdə dünyaya təqdim etmək yönündə kəsirlərimiz var.
Bütün bunları nəzərə alaraq, bir sənədli kitab hazırladım və “Sabitlilk naminə terror” adlı bu kitab ən geci aprelin ortalarına qədər çapdan çıxacaq, sonra isə beynəlxalq təşkilatlarda və müxtəlif ölkələrin parlamentlərində- hökumətlərində təqdimatı olacaq. Müxtəlif ölkəıərdə təqdimat mərasimləri ASİMKOM- un təşkilatçılığı ilə keçiriləcək, bu kitab da elə “ASİMKOM layihələri”ndən biri kimi nəzərdə tutulur.
Bu, Azərbaycan dəhşətləri, azərbaycanlıların başına gətirilən faciələri dünyaya çatdırmaq üçün daha bir cəhdimizdir.
Kitab ingiliscədir, daha sonra fərqli dillərə tərcüməsini də nəzərdə tuturuq.
Azərbaycandan kənarda, əsasən də Avropada və ABŞ- da yaşayanlar indidən kitabın ingilis dilindəki versiyasına abunə ola bilərlər. Abunə üçün ən azı 2 nüsxə sifariş edə bilərsiz.

Saytların yığılması Saytlarin yigilmasi

Azadlıq Qəzeti

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button