2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Qərbi Azərbaycan Xronikası: “Qaçqın düşən xalçaçılıq: Hallavar ilmələri”

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru, tanınmış teleaparıcı Elçin Əlibəylinin təqdimatında “Hallavar xalçası: didərgin elin yurd salnaməsi” adlı veriliş efirə gedib.

Saytların yığılması Saytlarin yigilmasi

“Report” xəbər verir ki, verilişdə Pəmbək mahalının Qarakilsə rayonunun (indiki Quqark) Hallavar kəndi haqqında məlumat verilir: “Pəmbək, yəni “pambıq” anlamını verir, uzaqdan, yuxarıdan baxanda sanki pambıq dağlarını xatırladır. Hallavar kəndi dağların arasında, dərədə qurulmuş ecazkar bir yurd idi. Kəndin ortasından axan Pəmbək çayı bu təbiətə rəngarənglik verməklə bərabər, eynilə onun xalçalarına və həyat tərzinə də rəngarənglik verirdi”.

Bildirilir ki, Pəmbək mahalı, xüsusən də Hallavar kəndinin yerləşdiyi strateji əhəmiyyətli nöqtə və ətrafının Azərbaycan mahalları ilə zəngin olması erməni millətçilərinin hər zaman diqqətində idi: “1918-ci il qanlı hadisələrində erməni quldur, cinayətkar dəstələri bu ərazidə, bu dağlarda soyqırımı törətdilər. Çox keçmədi ki, 1948-1953-cü il köçürülməsi buradakı əhalidən də yan keçmədi və öz təsirini göstərdi. Kəndləri boşaltmaq, ziyalıları oradan uzaqlaşdırmaq, düşünən, düşünməyi bacaran, inkişaf etmək istəyən hər bir insanı oradan perik salmaq, uzaqlaşdırmaq əsas hədəf idi və Hallavar tədricən bir qəribsəmə hiss edirdi. 1988-ci ildə azərbaycanlılar oradan birdəfəlik deportasiya olundular”.

Verilişdə Hallavarın kənd təsərrüfatı, təbiəti onun xalçalarına xüsusi çalarlar və rənglər bəxş etdiyi vurğulanır: “Bu rənglər içində, əlbəttə ki, əhatə etdiyi insanların gördüyü gözəllik və eyni zamanda, tez-tez gedib-gəldikləri Borçalı, Qazax elinin istər ornamentləri, istər naxış, rəng kompozisiyası fəal iştirak edirdi. Amma çox ciddi şəkildə demək olar ki, Anadolu xalçaçılıq məktəbinin xüsusən rənglərin həllində bura təsiri var idi. Bəzi hallarda Orxon-Yenisey qrafikasında istifadə olunan hərflərin özündən naxışlar yaradıb, bəzən bir tayfanın, bir məqsədin, bir niyyətin adını çox ustalıqla bu naxışların içərisində gizlədirdilər. Əlbəttə, türk inancında xüsusi yer tutan zoomorf elementlər də xalçalarda öz əksini tapırdi. Hallavar xalçaları öz fərqli dəsti-xətti ilə seçilirdi”.

Sonda Hallavar camaatının ürəyində, arzusunda vətənə, öz torpaqlarına qayıdışın əsas yeri tutduğu diqqətə çatdırılır: “Bu əhali nə qədər müxtəlif yerlərə köçsə də, Bakıda Azərbaycanın digər ərazilərlərində yaşasa da öz adət-ənənələrini, məişətini, vərdişlərini, əsasən də dekorativ tətbiqi sənəti, Hallavar naxışlarını, mədəniyyətini qoruyub saxlayır ki, biz o torpaqlara dönəndə, böyük qayıdış olanda Hallavar elinin yaddaşı da, yaratdığı mədəniyyət abidələri də onunla birlikdə qayıtsın”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin, Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Veriliş iyunun 20-də saat 19:30-da Baku Tv-nin efirində və Youtube kanalında yayımlanıb.

Mənbə:Report

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button