2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Qərbi Azərbaycan Xronikası – Üfüqdə bir işıq görünür: Göyçəyə qayıdacağıq

Bu gün Baku Tv-də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifi olduğu “Həyat Hekayəsi” verilişinin növbəti buraxılışı efirə gedib.

Saytların yığılması Saytlarin yigilmasi

“Report” xəbər verir ki, “Üfüqdə bir işıq görünür: Göyçəyə qayıdacağıq” adlı veriliş Qərbi Azərbaycanın Göyçə mahalının Basarkeçər rayonunun Nərimanlı kənd sakini Şəmsi Abdullayevin həyat hekayəsinə həsr olunub.

O, 1973-cü ildə müəllim ailəsində doğulduğunu, 1988-ci ildə deportasiyaya məruz qalmasından, uşaqlıq illərindən, Göyçə ilə bağlı unudulmaz xatirələrindən söz açıb.

Qədim oğuz türklərinin yurdu olan, əhalisinin 99 faizinin azərbaycanlı olduğu Göyçənin zamanında kimlərinsə hesabına bədxah qonşularımıza hədiyyə edildiyini söyləyən Ş.Abdullayev həkim-stomatoloq kimi bir çox mötəbər tədbirlərdə, xarici ölkələrdə iştirak etdiyini, orada özünü Qərbi Azərbaycanlı kimi təqdim etdiyini bildirib.

Ş.Abdullayev deportasiya illərində azərbaycanlıların başına gətirilən müsibətlərdən danışıb: “O zaman Bakıdan rayon mərkəzinə gələn, avtobusdan düşən insanları bir macal tapıb orada sıxışdırıb əzməyə, döyməyə çalışırdılar ki, insanlar bezsinlər və qaçsınlar.

Bir qohum Bakıda Tibb Universitetində 4-cü kursda oxuyurdu, ali savadlı həkim olacaqdı. O yay tətilində Bakıdan kəndə gələndə onun apendisit sancıları tutur və onu gecə təcili rayon mərkəzinə aparırlar. Onu əməliyyat edən erməni həkim gələcək bir həkimi qəsdən öldürmüşdü ki, bu insanların içərisindən ali savadlı həkim çıxmasın, çünki zamanında gəlib burada onların yerin tutacaqlar. Ermənilər hər zaman çalışıblar ki, bizi tapdalasınlar, əzsinlər, inkişaf etməyə imkan verməsinlər”.

O, böyük qardaşı Azərbaycanın Milli Qəhrəmanı Şövqüyar Abdullayevin 23 yaşında Vətən sevgisindən, məhəbbətindən və vətən həsrətindən danışıb: “Vətənə qayıdış bizim borcumuzdur, babalarımıza, ulu babalarımıza borcumuzdur. Çünki biz onların o yurdlarını boş qoymamalıyıq. O yurd yeri boş qalmamalıdır, babalarımızın yurdu hər zaman şirin olmalıdır. Qarabağ uğrunda, Göyçə, Zəngəzur uğrunda həsrətlə canını vermiş Azərbaycan oğullarının, şəhidlərimizin qanı yerdə qalmamalıdır. Onların ruhları bu gündə o səmada dolaşır. Biz ora qayıtmalıyıq ki, onlar şad olsunlar. Onların ruhları ora qayıtsın”.

Onun sözlərinə görə, bu gün ölkə başçısının siyasətinin nəticəsi olaraq üfüqdə bir işıq görünür: “Biz Göyçəyə qayıda biləcəyik. O həsrətlə yaşayıram. Düşünürəm ki, biz və bizim övladlarımız ata-baba yurdunu görməyə müvəffəq olacaqlar. Əminəm ki, cənab Ali Baş Komandanın uğurlu siyasəti nəticəsində biz doğma yurdlarımıza qayıdacağıq. Qədim Oğuz yurdu Göyçəmizə qayıdacağıq!”

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Mənbə:Report

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button