2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Qəzada ölən başçı köməkçisinin sürdüyü “Niva” kimindir? – Polisin adı çəkilir

“Niva” markalı maşının polis əməkdaşına məxsus olduğu bildirilir; şərikli biznes iddiası Goranboyda üç nəfərin ölümü ilə nəticələnən dəhşətli yol qəzasının təfərrüatı üzə çıxıb.

 

Politika.az-a verilən məlumata görə, qəzaya səbəb “Niva” markalı maşının sürət həddini keçməsi olub. Hadisə rayonun Qarqucaq kəndi yaxınlığında qeydə alınıb. “Niva” və “VAZ 21 011” markalı avtomobillər toqquşub. Nəticədə “Niva”nın sürücüsü Fuad Əliyev Əli oğlu hadisə yerində keçinib. Ağır xəsarət alaraq xəstəxanaya aparılan zaman yolda ölənlər isə rayonun Dəliməmmədli qəsəbə sakini, 1986-cı il təvəllüdlü Musayev Elsevər Yusif oğlu və Abbasqulular kənd sakini 1991-ci il təvəllüdlü Kazımov Rəşad Müslüm oğludur.

Saytların yığılması Saytlarin yigilmasi

“Niva”nın sürücüsü Fuad Əliyev Goranboy rayon icra başçısının köməkçisi imiş. Əldə etdiyimiz son xəbərə görə, “Niva” markalı maşın Goranboy rayon cinayət-axtarış bölməsinin əməliyyatçı vəzifəsində işləyən baş leytenant Əliyev Nahid Əlyəddin oğluna məxsusdur. N.Əliyev və mərhum Əliyev Fuadın şərikli biznesi olub. İddialara görə, “BUTA” çay evini, POSU uşaq mağazasını, HUNDAY ehtiyat hissələri mağazasını birlikdə işlədiblər.

Hadisədən sonra N.Əliyev avtomobilin ona aid olması faktını ört-basdır etməyə çalışıb. Bununla məsuliyyətdən yayınmağa çalışan baş leytenant maşının ona məxsus olmasını təkzib edir. Qəzada dünyasını dəyişənlərin yaxınları daxil işlər naziri, cənab Ramil Usubova müraciət etməyə və işin obyektiv araşdırılmasını xahişə hazırlaşırlar.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button