2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
24 saat

Qabyuyanın yarım milyon manat vergi borcu necə yarandı?

«Kağızlar gətirdi, dedi, «istəyirəm dizayn şirkəti yaradım. Ancaq hələlik öz adıma yarada bilmirəm». Təklif etdi ki, mənim adıma olsun, sonra öz adına keçirəcək. Razılaşdıq, sənədlər gətirdi, Azərbaycan dili bilmirəm, sənədlərin məzmununu özü şifahi izah etdi, razılaşdıq. Bir neçə il ötdü, bir də baxdım ki, adıma məhkəmə çağırışı gəlib, oxudum, havalandım. Dövlət məndən həmin şirkətin yaranmış yarım milyon vergi borcunu tələb edir».

Bu hadisə Bakı sakini Malkova Olesya Aleksandrovnanın başına gəlib.

Saytların yığılması Saytlarin yigilmasi

«MƏHKƏMƏ QƏRARI GƏLƏNDƏ XƏBƏR TUTMUŞAM»

Vaxtilə restoranlardan birində qabyuyan, daha sonra ofisiant kimi çalışan xanımın adına nə az, nə çox, 500 min manat vergi borcu ilə bağlı məhkəmə qərarı gəlib. Onun sözlərinə görə, 7 il öncə işlədiyi restoranın sahibi kənarda onun adına yaratdığı dizayn şirkətinin vergi borcunu ödəmədiyi üçün indi yarım milyonluq borc ondan tələb olunur:

«Şirkətin nə işlə məşğul olduğunu, hətta hansı ünvanda yerləşdiyini də bilmirdim. Adıma bu qədər vergi borcu olmasından isə yalnız yaşadığım ünvana məhkəmə qərarı gələndə xəbər tutmuşam. Kasıb, kimsəsiz, orda-burda qab yumaqla dolanan adamam. Bu qədər borcu necə ödəyəcəyimi bilmirəm. Deyirlər, «ödəməsən, səni uzunmüddətli həbs gözləyir». Məni bu bəlaya salan adamsa ortada yoxdur».

«Eko» MMC adlı tikinti-dizayn şirkəti 2010-cu ildə fəaliyyətə başlayıb. Olesya Aleksandrovna Bakıda doğulub yaşasa da, Azərbaycan dilini bilmədiyi üçün qabyuyan işlədiyi kafenin Afərin adlı sahibinə aldandığını iddia edir. O, yaradılan şirkətlə bağlı sənədlərin mahiyyətini bilmədən imzaladığını deyir. İndi isə bu borc yükünün üzərindən götürülməsi üçün hökumətdən və hüquqşünaslardan kömək istəyir.

«VERGİLƏR NAZİRLİYİ ÖZÜ DƏ BİLİR Kİ…»

Tikinti-dizayn şirkətinin hüquqi ünvanı kimi qeyd olunan Şamaxı rayonu, Şirvan küçəsi 19-da hazırda ticarət obyekti fəaliyyət göstərir. Bu obyektin keçmiş tikinti şirkətinə aidiyyəti yoxdur.

Şamaxı rayonu, 4 saylı Ərazi Vergilər İdarəsindən «Qaynar xətt»ə bildirilib ki, 2010-cu ildə fəaliyyətə başlayan inşaat-dizayn şirkəti yüksək gəlirlə işləyib və vergidən yayınıb. Şirkət Malkova Olesya Aleksandrovnanın adına olub. Vergi ödənilmədiyi üçün 4 əvvəl fəaliyyətinə xitam verilib. Vergi qurumları şirkətin qanuni sahibinə yaranmış vergi borcunun ödənilməsi ilə bağlı xəbərdarlıqlar etdikdən sonra məhkəməyə müraciət edib. Keçmiş şirkətin sahibi kimi sənədlərdə xanımın adı keçdiyindən, məhkəməyə də cavabdeh qismində o cəlb olunub.

«Hər şey məhkəmə qərarından asılı olacaq», – qurumdan bildirilir.

Vergi orqanlarının müraciəti əsasında hazırda Malkova Olesya Aleksandrovnanın ölkədən çıxışına da qadağa qoyulub.

Hüquqşünas Vaqif Alıyev deyir, əslində Vergilər Nazirliyi özü də yaxşı bilir ki, qabyuyan kimi çalışan Olesya Malkova vergi borcu yarım milyon civarında olan iri bir şirkətin qurucusu və idarəçisi ola bilməzdi. Şirkət özü də məhkəmədə borcun şirkətin faktiki sahibi olmuş şəxsə yönləndirilməsinə çalışmalıdır. Əks halda, xanımı uzunmüddətli həbs cəzası gözləyə bilər.

azadliq.org

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button