2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

“Qaçaqmalçı BQXK-nin məqsədi vəziyyəti süni surətdə gərginləşdirməkdir” – RƏY

“Qaçaqmalçı Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) məqsədi vəziyyəti süni surətdə gərginləşdirməkdir”.

Saytların yığılması Saytlarin yigilmasi

Bu barədə “Report”a açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib.

Onun sözlərinə görə, BQXK-yə beynəlxalq hüquqla 1949-cu il Cenevrə Konvensiyası, onun 1977-ci il Protokolu və 2005-ci il Əlavə Protokollarının iştirakçısı olan dövlətlər silahlı münaqişələrin qurbanlarını qorumaq üçün mandat verib: “Təsisat Azərbaycanda 1992-ci ildən fəaliyyət göstərir və nə 30 illik münaqişə dövründə, nə də postmüharibə reallığında BQXK-nin Azərbaycana münasibətdə ciddi və səmərəli fəaliyyətinə şahid olmamışıq. Əksinə, müharibə və postmünaqişə dövründə bu strukturun əməkdaşlarının hərbi əməliyyat bölgələrində kəşfiyyat xarakterli məlumatları Ermənistana ötürməsi ilə bağlı ciddi və əsaslandırılmış şübhələr var. Eyni zamanda Vətən müharibəsi dövründə erməni yaraqlılarına humanitar missiya adı altında dəstək verilməsinə dair də faktlar mövcuddur. Dövlət Sərhəd Xidmətinin sərhəd-nəzarət tədbirləri çərçivəsində Laçın sərhəd-buraxılış məntəqəsində BQXK-nin daha bir qanunsuzluğunun, qaçaqmalçılıq fəaliyyətinin iştirakçısı olması faktını ortaya çıxarması isə təşkilatın Ermənistandan separatçılara silah-sursat daşınması ehtimallarını meydana çıxardı. Yəni BQXK son 30 il ərzində Ermənistanla vahid tərəf kimi çıxış edib və təəssüf ki, hazırda da eyni siyasət rəhbər tutulmaqdadır”.

B.Məhərrəmov bildirib ki, bu gün BQXK bəyanat yayaraq Qarabağda humanitar fəlakət anonsu verir və dolayısı yolla “böhran”a səbəb kimi Laçın sərhəd-buraxılış məntəqəsini göstərir: “Bu, təşkilatın Azərbaycana münasibətdə açıq təxribat və düşmənçilik fəaliyyətidir. Əgər BQXK-ni humanitar vəziyyət maraqlandırırsa, nəyə görə Xankəndi-Ağdam yolundan istifadə etmək istəmir? İkincisi, BQXK erməni sakinlərin Azərbaycanın aidiyyəti strukturları ilə birbaşa təmaslarına niyə mane olur? Bütün bunlar göstərir ki, əslində qaçaqmalçı BQXK-nin məqsədi vəziyyəti süni surətdə gərginləşdirməkdir. Azərbaycan beynəlxalq hüququ rəhbər tutaraq öz ərazisində sərhəd-buraxılış məntəqəsi yaradıb, BQXK da Azərbaycanla imzaladığı 1996-cı il Sazişinin 9-cu maddəsinin 13-cü bəndi ilə borcludur ki, “Azərbaycan Respublikasının qanun və qərarlarına onların dövlətin ərazisində qüvvəyə mindiyi vaxtdan hörmət etsin”. Bu gün BQXK-nin qarşısında çoxsaylı vəzifələri mövcuddur, fəaliyyətini həmin vəzifələrə yönəltsin”.

Milli Məclisin üzvü vurğulayıb ki, BQXK Azərbaycana Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş şəxslərin taleyi ilə bağlı araşdırmalarını təqdim etməlidir: “Hansı ki, onlarda bununla bağlı 90-cı illərdə müəyyən data baza olub. Yalnız bir fakt üzrə 54 Azərbaycan hərbçisi BQXK vasitəsilə ailələri ilə əlaqə saxlayıb, lakin sonrakı dövrdə onların taleyi məchul qalıb. Onların hamısının işgəncələr nəticəsində məhv edilməsi ehtimalları yüksəkdir. Bu, açıq müharibə cinayətləridir və 1949-cu il Cenevrə Konvensiyası, onun 1977-ci il Protokolları və 2005-ci il Əlavə Protokolları icazə verirmi ki, BQXK susmaqla Ermənistanın cinayət ortağına çevrilsin? BQXK bu gün təxribatçı davranışlara, qaçaqmalçılığa, xırda alverə son qoyaraq beynəlxalq sənədlərlə üzərinə götürdüyü öhdəliklərə fokuslanmalıdır”.

B.Məhərrəmov söyləyib ki, BQXK Qarabağın erməni sakinlərini humanitar məqsədlərlə 330 kilometr uzaqlıqda yerləşən İrəvana getməyə təşviq etməkdənsə, cəmi 70-75 km-lik məsafədəki müasir şəhərlər olan Bərdəyə, Tərtərə, 150 km məsafədəki Gəncəyə istiqamətləndirməlidir: “Niyə belə bir təşəbbüs yoxdur, çünki BQXK qarşılıqlı etimadın yaranmasından narahatdır. Bu mənada BQXK-nin bölgədə səmərəsindən çox ziyanı olan fəaliyyətini təhlil etməli, lazım gələrsə, təsisatla Azərbaycan arasındakı 1996-cı il Sazişinin 12-ci maddəsinə əsaslanaraq, 1961-ci il Vyana Müqaviləsinin 9-cu bəndi ilə nəzərdə tutulan prosedurlara baş vurmalıyıq”.

Mənbə:Report

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button