2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

“Qaçqınkom” yanında İctimai Şuranın yeni tərkibdə ilk iclası keçirilib, sədr seçilib

İyulun 14-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın yeni seçilən 13 nəfərdən ibarət tərkibdə ilk iclası keçirilib.

Saytların yığılması Saytlarin yigilmasi

Bu barədə “Report”a Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mətbuat xidmətində məlumat verilib.

İlk toplantıda təşkilati məsələlərə baxılıb və Anar Xəlilov yenidən İctimai Şuranın sədri, Xatirə Vəliyeva və Səbuhi Hüseynov sədr müavinləri, İradə Nəsirova isə katib seçiliblər.

Sonra şura üzvlərinin komitə rəhbərliyi ilə görüşü olub.

Dövlət Komitəsinin sədri Rövşən Rzayev şuranın yeni tərkibində fəaliyyət göstərəcək vətəndaş cəmiyyəti nümayəndələrini təbrik edib, onlara uğurlar arzulayıb.

Şura üzvlərinə qaçqınlar və məcburi köçkünlərlə iş sahəsində həyata keçirilən dövlət siyasətinin mövcud istiqamətləri, Prezident İlham Əliyevin təsdiqlədiyi “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nda komitənin əsas icraçısı olduğu tədbirlər və bunlarla bağlı görülən işlər, Qarabağda və Şərqi Zəngəzurda yenidən salınan və bərpası aparılan yaşayış məntəqələrinə sakinlərin köçürülməsi vəziyyəti, onların məşğulluğu məsələlərinin həlli, ümumən, məcburi köçkünlərin sosial müdafiəsinin təşkili barədə ətraflı məlumat verilib.

Bir daha xatırladılıb ki, uzun illərdir didərginliyin ağrı-acısını çəkən həmvətənlərimiz dövlətimizin başçısının diqqət və qayğısı ilə əhatə olunublar. Onların problemlərinin həllinə Birinci vitse-prezident Mehriban xanım Əliyeva xüsusi həssaslıqla yanaşır və daim dəstək göstərir.

Görüşdə İctimai Şuranın yeni tərkibinin ölkəmizdə Böyük Qayıdışın getdikcə vüsət aldığı çox məsul bir dövrdə fəaliyyətə başlamasının mühüm əhəmiyyət daşıdığı vurğulanıb, bu prosesin uğurla davam etdirilməsinə şura üzvlərinin də öz töhfələrini verəcəklərinə inam ifadə olunub.

İctimai Şuranın üzvləri mövcud qanunvericiliyin tələblərinə, cəmiyyətimizin mənafeyinə uyğun fəaliyyət göstərəcəklərini, qaçqın və məcburi köçkünlərlə iş sahəsində dövlət siyasətinin uğurla həyata keçirilməsinə sanballı dəstək verəcəklərini, xüsusən, Böyük Qayıdışla bağlı təşviqat, təbliğat, məlmatlandırma tədbirlərində, həmçinin qaçqınların və məcburi köçkünlərin hüquq və mənafelərinin qorunmasında fəal iştirak edəcəklərini bildiriblər.

Mənbə:Report

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button