2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Qaçqınlar Yasamalda aksiya keçirdilər – Fotolar

Yasamal rayonunda, Şərifzadə küçəsi, Akademik Mirqasımov adına Respublika Kliniki Xəstəxanasıyla üzbəüz binada yaşayan məcburi köçkünlər etiraz aksiyası keçirib
24saat.org  bakipost.az-a istinadən xəbər verir ki, onlar sayğaclaşmaya etiraz əlaməti olaraq yolu bağlamağa cəhd ediblər. Bildiriblər ki, kommunal qiymətlərin qaldırıldığı bir vaxtda onlar, işığın və qazın pulunu ödəyə bilməyəcəklər.

Sakinlərin sözlərinə görə, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları binaya baxış keçiriblər və burada yaşamağın təhlükəli olduğunu bildiriblər. Nazirliyin bu qərarından sonra isə sakinlərin köçürülməsi əvəzinə, binada sayğaclaşma işlərinə başlanılması onların hiddətinə səbəb olub.

Hadisə yerinə post patrul xidmətinin əməkdaşları cəlb olunub. Polislər köçkünlərin yolu bağlamasına mane olublar.

Saytların yığılması Saytlarin yigilmasi

Qeyd edək ki, Prezident İlham Əliyev məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında fərman imzalayıb.

Fərmanla köçkünlərə aylıq 36 manat müavinət veriləcək. Bu qərardan sonra onların yaşadıqları mənzillərdə sayğaclaşma prsosesinə başlanılıb.

Qaçqınlar Yasamalda aksiya keçirdilər
Qaçqınlar Yasamalda aksiya keçirdilər
Qaçqınlar Yasamalda aksiya keçirdilər

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button