Loading...
Loading...
Cəmiyyət

Qadını dua adı ilə aldadıb pulları oğurladı, özünə maşın aldı – Bakıda “falçı” fırıldağı

Bakıda özünü falçı kimi təqdim edərək özgənin əmlakını talamaqda təqsirləndirilən qadının məhkəmə prosesi başa çatıb.

Nizami Rayon Məhkəməsinin hökmü ilə 1975-ci il təvəllüdlü Lida Qulamova (soyad-şərtidir) iki il müddətinə azadlıqdan məhrum edilib.

Onun dəluduz əməlinə gəlincə, bu, cari ilin fevralın 22-də baş verib.

Belə ki, Lida Nəsimi rayonu ərazisində piyada hərəkət edən Aytən Məmmədovaya (ad-soyad şərtidir) yaxınlaşıb və ailəsində problemlər olduğunu bildirib. Özünü falçı kimi təqdim edən qadının əzbərləyərək dediyi cümlələrlə Aytənin ailəsində olan problemlər üst-üstə düşdüyündən, zərərçəkən şəxs Lidaya inanıb.

O, hazırda vaxtı olmadığı üçün Lidaya telefon nömrəsi verərək saat 18 radələrində Nizami rayonu ərazisində yerləşən parkda görüşəcəyini bildirib. Bu zaman Lida görüşə gələrkən evində olan pulları da gətirməsini, əskinasların daha da bərəkətli olması üçün dua oxuyacağını bildirib.

Lida isə görüş yerinə onunla əlbir olan, istintaqa adı məlum olmayan qadınla gəlib. Aytən Lidanın dediyi kimi görüşə ağ parçaya bükülü olan 9 000 dollarla yollanıb. Əlavə olaraq fala baxması üçün də ona 200 manat ödəyib.

Bu zaman əlbir olan qadınlar guya dua oxuyaraq Aytənin fikrini yayındırıblar və parçanın arasında olan pulu götürüblər. Lida içi boş parçanı qadına qaytararaq onu sabah açmasını tapşırıb və hadisə yerindən uzaqlaşıb.

O, evə qayıtdıqdan sonra şübhələnməyə başlayıb, parçanı açıb baxdıqda içərisinin boş olduğunu görüb və bu barədə polisə müraciət edib.

Lida Qulamov oğurladığı pulları özünə xərcləyib, 3 000 manata isə Sumqayıtda yerləşən maşın bazarından “Vaz 2109” markalı avtomobil alıb. Məhkəmənin qərarına əsasən, avtomobil müsadirə edilib və zərərçəkmiş şəxsə dəymiş ziyanın
ödənilməsinə yönəldilib.

Qeyd edək ki, bu, Lida Qulamovanın ikinci məhkumluğudur. O, daha öncə etdiyi dələduzluğa görə 3 il 6 ay həbsdə yatıb, 2019-cu ildə azadlığa çıxmışdı. (Qafqazinfo)

Xeberler

Gözdən qaçırmayın:  Afiyəddin Cəlilovun oğlunun ölkədən çıxışı qadağan edildi

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button