Now Reading:
“Qalatasaray” Luçesku ilə razılığa gəlmək istəyir

“Qalatasaray” Luçesku ilə razılığa gəlmək istəyir

“Qalatasaray” idman direktoru vəzifəsinə Peterburqun “Zenit” klubunun baş məşqçisi Mirça Luçeskunun namizədliyini nəzərdən keçirir.
Türk klubu o cümlədən rumıniyalı mütəxəssisin seleksiya işləri ilə məşğul olmasını arzulayır. Məlumata əsasən, “Qalatasaray” 72-yaşlı M.Luçeskunun vaxtilə “Şaxtyor”da apardığı seleksiya işini yüksək qiymətləndirir.
 “Zenit”lə yollarını ayıracağı təqdirdə “Qalatasaray” M.Luçeskuya  idman direktoru, 48-yaşlı oğlu Rezvana isə baş məşqçi postu təklif etməyə hazırdır. Qeyd edək ki, Rezvan Luçesku hazırda Yunanıstanın “Ksanti” klubunun baş məşqçisidir.

24saat.org

Mənbə – azadliq.info

Input your search keywords and press Enter.