2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Qapanmış TV-də görünənlər

İyul ayının 18-də Azərbaycanda çox ciddi bir hadisə baş verdi. Ölkənin yeganə müstəqil yayım və media şirkətinin yayımı gözlənilmədən dayandırıldı. ANS ÇM-in lisenziyasına dərhal xitam verildi. Ardınca da eyni gözlənilməzliklə ANS TV-nin də lisenziyasının ləğv olunması barədə məhkəmə qərar verdi.

Əslində hər şey öz yolunda idi. ANS öz peşəkar fəaiyyətilə məşğul olurdu, 25 il uğurla gördüyü işlə. İnformasiya axını olaraq Türkiyədə baş verən dövlət çevrilişinə cəhdlə bağlı çoxmilyonlu auditoriyaya məlumat verirdi. Prosesin bir mühüm cəhəti də var ki, gərək oxucuların diqqətindən yayınmasın. Altını cızmaq lazımdır ki, hadisələr Azərbaycanda yox, Türkiyədə, başqa ölkədə baş verirdi. Düzdür, biz deyirik ki, bir millət, iki dövlətik, amma burda iki dövlətdən, iki ayrı-ayrı dövlətdən söhbət gedir. Ola bilər ki, iki ölkə arasında hansısa sazişlər olsun, amma hamıya məlumdur ki, belə olan halda yerli qanunlar şahdır!

Sirr deyil ki, TV, radio, ya informasiya agentliyi, sayt olmasından asılı olmayaraq hər bir ciddi informasiya qurumuna Prezident Administrasiyasından təlimatlar daxil olur. Bu barədə hətta informasiya qurumlarınin adi işçiləri belə açıq danışırlar. Burada söhbət hansı məlumatı vermək və ya necə vermək, yaxud hansı məlumatı verməmək və niyə verməməkdən gedir. Mətbuatın yaydığı xəsis məlumatlardan belə görünür ki, ANS-ə Türkiyədə baş verən hadisələrin işıqlandırılması ilə bağlı hər hansı təlimat və ya “şparqalka” verilməyibmiş. Doğrudur, MTRŞ-nın yayımın dayandırılması barədə yaydığı rəsmi sənəddə belə bir ifadə var ki, “dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq və s. və ia. Amma məhkəmədə təqdim olunan arayışda bu xəbərdarlıqların yalnız köhnə efir problemləri ilə bağlı olduğu üzə çıxdı. Yəni Türkiyədə dövlət çevrilişinə cəhdin necə işıqlandırılması ilə bağlı heç bir istiqamətverici xətt olmayıb. Əgər olsaydı, ölkənin bütün digər telekanallarını nümunə göstərər və ANS-in konkret olaraq hansı səhvləri buraxdığını müqayisədə göstərərdilər.

Saytların yığılması Saytlarin yigilmasi

Az.TV-1 də daxil olmaqla, bütün teleyayımçılar öz adi iş günlərini yaşayıb konsert və filmlər göstərməkdə idi. Ortada yalnız informasiya marafonu ritmində çalışan ANS var idi, onu da bağladılar. Adətən belə hallarda mütləq ortaya çıxmalı olan əlaqədar məmurlar da gözə dəymirdi. Yeri gəlmişkən, biz özümüz də həmin gün bizə lazım olan məmurları yerində tapa bilmirdik. Hətta telefonlarımıza belə cavab vermirdilər. Amma hər şeydən aydın görünür ki, ANS Azərbaycan dövlətinin heç bir qanununu pozmayıb. Bir daha vurğulamaq istəyirik ki, söhbət başqa bir dövlətin ərazisində cərəyan edən hadisədən gedir və hakimiyyətin zorla dəyişdirilməsinə edilən hər hansı çağırışı işıqlandırmaq Azərbaycanla bağlıdır. Bu qanun Azərbaycanda hakimiyyətin zorakılıqla dəyişdirilməsinə çağırışların qarşısını almaq üçündür. Türkiyə isə ayrı dövlətdir!

Türkiyə hadsələrinin necə adlandırılmasına gəincə, unudulmamalıdır ki, Azərbaycan KİV-i məlumatı əsasən Türkiyə mediasından alırdı. Əsasən Türkiyədən. Onlar isə hadisəni əvvəl darbe adlandırırdılar. ANS-in əməkdaşları da türklər kimi “darbe” sözündən istifadə edirdilər. Türkiyə mediası “terrorçu” sözündən istifadə edəndə ANS də onlara istinadən “terrorçu” deməyə başladı. Kanalın qapadılmasını MTRŞ ANS-in müxbiri Qənirə Ataşovanın Fətullah Gülənin mətbuat konfransında iştirak etməsi ilə əlaqələndirir. Amma burada da çoxlu boşluqların olduğu görünür. Çünki, Fətullah Gülənin Azərbaycanda terroçu kimi tanınması barədə heç vaxt hər hansı rəsmi açıqlama, rəsmi sənəd olmayıb və bu günə qədər də yoxdur. Əksinə, Fətulah Gülənə Azərbaycanda yaratdığı təhsil ocaqlarına görə ən yüksək səviyyədə təşəkkür də edilib. Bir neçə il əvvəl Türkiyədə cərəyan edən ilk antiGülən dalğasının Bakıya təsiri zamanı bu təhsil müəssisələri bağlananda da rəsmən onların Gülənə bağlı olaraq qapandığı deyilmədi. Belə elan olundu ki, həmin məktəblər sadəcə bağlanırlar. Yəni Fətullah Gülənin terrorçu olması sadəcə, şifahi məlumatdır.

Bir də ki, mətbuatı nə bilmək olur: bu gün birini, sabah bir başqasını terrorçu elan edir. Məsələn, bir müddət əvvəl Rusiyaya məxsus hərbi təyyarə vurulanda, qonşu dövlət – Azərbaycanın strateji tərəfdaşı Rusiyanın rəsmi telekanalları da daxil olmaqla, əksər kütləvi informasiya vasitələri Ərdoğanı terrorçu elan etmiş və onu İŞİD-lə işbirliyində ittiham etmişdilər. Onda nə etməli? Strateji tərəfdaş Rusiya Ərdoqana terrorçu deyirsə, Azərbaycan da deməliydi? Qanun buyurur ki, kimin terrorçu olub-olmadığını yalnız məhkəmə müəyyən edir. Deyəsən, heç PKK da Azərbaycanda rəsmən terrorçu təşkilat statusunda deyil. Ona görə də hər hansı jurnalistin Fətullah Gülənin mətbuat konfransında iştirakı heç bir halda terrorun və ya terrorçuluğun təbliği kimi qələmə verilə bilməz.

İndi isə ANS-i Fətullah Gülənlə hər hansı şəkildə bağlamağa çalışanlarn mövqelərini zəiflədən daha bir nüans. Bir neçə il əvvəl indi hakimiyyətə yaxın adamların nəzarətində olan Xəzər TV-nin o zamankı sahiblərindən birinin Fətullah Gülənə məktubu yayılmışdı. O məktubda bütün kanallarla uğurlu iş getdiyi vurğulanırdı, yalnız ANS-lə bağlı qeyd olunurdu ki, bu kanalda heç kimə təsir göstərmək mümkün deyil, çünki kanalın sahibləri şiələrdir. Fətullah Gülənin “icad etdiyi” təriqəti tam batil sayırlar, “bizimki onlarla tutmaz”, çünki Gülənçilərin ideoloji rəqibləridir.

Hər Ramazan müxtəlif səviyyələrdə təzyiqə məruz qalsa da, efirində şiə azanı verən bir kanalın Fətullah Güləni təbliğ etməsi inandırıcı deyil. Üstəlik də, ANS ölkənin yeganə kanalıdır ki, Azərbaycanda nurçular şəbəkəsinin aşkarlanması və cəzalandırılması istiqamətində hüquq mühafizə orqanlarının apardığı əməliyyatları ətrafı işıqlandırırdı.

ANS özünü təmkinli aparır. Görünür, ANS TV-nin ifrat soyuqqanlı davranışı həm də onun rəhbərlərinin Ağır Cinayətlərə dair İstintaq İdarəsinə izahat üçün dəvət olunması ilə bağlıdır. Kanalın bərpası istiqamətində göstərilən səylərdə hər hansı ehtiyasız hərəkət həbslə də yekunlaşa bilər. Hazırlıq iclasında hökm çıxaran və bununla da özünəməxsus “yeniliyə” imza atan Azərbaycan məhkəməsindən hər şey gözləmək olar. Elə buna görə də ANS yayımının (ANS TV, ANS ÇM, ANS PRESS-in), fəaliyyətinin qanunsuz dayandırılması barədə iddia ərizəsi hazırlamalıdır. Məhkəmənin ANS-TV-nin lisenziyasının ləğv edilməsi barədə çıxardığı qərardan isə artıq Ali Məhkəməyə kassasiya şikayəti verilib. Təbii ki, ədalətli həll yolu Azərbaycan məhkəməsində tapılmazsa, işin Avropa Məhkəməsi perspektivi də mümkündür.

Əlbəttə, ANS-in bağlanmasının görünən əks-sədası əslində mövcud olanı tam əks etdirmir. Yəni ajiotaj daha böyük ola bilərdi. Amma indiyə qədər, elə bu günün özündə də, ANS-in rəhbərliyi onu qapayanları, onun əməkdaşlarını küçəyə atmağa hazır olan bir rejimi bu gün də sədaqətlə qorumaqda, ondan gözlənilən fədakar müqaviməti göstərməməkdədir. Məgər ANS bilmirdi ki, həftə səkkiz, mən doqquz, ailə üzvlərini “İlin adamı” elan edəndə sonu belə olacaq? Bu rejim ilk növbədə özünə yaxın olanları yeyir və bu yolu tutan hər kəsi belə bir aqibət gözləyir. Amma bütün bunlar 25 illik tarixi olan, Azərbaycanın ilk müstəqil yayım və media şirkətinin bağlanmasına sakit durub kənardan tamaşa etməyə əsas vermir.

Azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button