2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
İdman

“Qarabağ” Qafqazın ən güclü, ən yaxşı komandasıdır” – Axalkatsi

“Komandaların son illərdəki nəticələrini və hazırkı durumunu nəzərə alsaq, “Qarabağ”ın növbəti mərhələyə adlamaq şansı daha çoxdur”.

Bu sözləri apasport.az saytına açıqlamasında gürcüstanlı FİFA meneceri David Axalkatsi deyib.

Azərbaycan çempionu “Qarabağ” Çempionlar Liqasının II təsnifat mərhələsində Gürcüstanın “Samtredia” klubu ilə qarşılaşacaq.

Saytların yığılması Saytlarin yigilmasi

Baş tutacaq oyunlarla bağlı danışan Axalkatsi şansları dəyərləndirib. Menecer Ağdam klubunun daha güclü olduğunu etiraf edib: “Azərbaycan futbolunu izləməyə çalışıram. “Qarabağ” haqda məlumatım var. Bilirəm ki, Avropa səviyyəli, yaxşı komandadı. Müntəzəm olaraq, avrokuboklarda iştirak edir. Bu mənada, “Qarabağ”ı güclü rəqib hesab edirəm. Amma futbolda istənilən komandanın, o cümlədən “Samtredia”nın mərhələ keçmək şansı var. Gürcüstan təmsilçisi yaxşı taktika, ağıllı strategiya, rəqibi düzgün qiymətləndirmək, özünün üstün tərəflərindən istifadə etmək və “Qarabağ”ın zəif cəhətlərini tapmaqla mərhələ keçə bilər”.

Axalkatsi ötən mövsüm Avropa Liqasının I təsnifat mərhələsi çərçivəsində baş tutmuş “Qəbələ” – “Samtredia” matçlarını yada salıb. Bundan əlavə, o, “Qarabağ”ı son illərdə Qafqazın ən güclü komandası adlandırıb: “Samtredia”nın keçən mövsüm “Qəbələ” ilə oyunlarını izləmişdim. Həmin vaxt təmsilçiniz layiqli şəkildə mərhələ adlamışdı. Onlar iki görüşün nəticəsinə əsasən, mübarizəni davam etdirən tərəf olmuşdular. Hazırkı “Samtredia” fərqlidi, oyunçular dəyişib. İndiki “Samtredia”nın əvvəlkindən güclü və ya zəif olduğunu demək isə çətindi. Komandanın səviyyəsi meydanda bilinəcək. Güclü tərəf mərhələ adlayacaq. SSRİ dövründə Gürcüstan təmsilçilərinin böyük üstünlüyü var idi. Son illərdə isə üstün tərəf Azərbaycan komandalarıdı. “Qarabağ”ı avrokuboklardakı nəticələrinə görə son illərdə Qafqazın ən yaxşı, ən güclü komandası adlandırmaq olar”.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button