2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

“Qarabağ” Universitetində ödənişli təhsil olmayacaq, tələbələr təqaüd alacaq

Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş Nizamnaməyə əsasən, “Qarabağ” Universiteti publik-hüquqi şəxs kimi Xankəndi şəhərində fəaliyyət göstərəcək.

Toplum TV APA-ya istinadə xəbər verir ki, bunu fevralın 8-də elm və təhsil nazirinin müavini İdris İsayev jurnalistlərə açıqlamasında deyib.

Universitetin fəaliyyət istiqamətlərinə gəldikdə, nazir müavini bildirib ki, ali təhsil müəssisəsi yüksək ixtisaslı kadr hazırlığı həyata keçirəcək:

Saytların yığılması Saytlarin yigilmasi

“Bu o deməkdir ki, ali təhsil müəssisəsi ali təhsilin bütün səviyyələri üzrə – bakalavr, magistratura, doktorantura səviyyələri üzrə kadr hazırlığı həyata keçirəcək. Bundan əlavə, elmin müxtəlif sahələri üzrə elmi araşdırmalar, tədqiqatlar aparacaq”.

İdris İsayevin sözlərinə görə, Universitet eyni zamanda, orta ixtisas təhsil pilləsi üzrə tədris həyata keçirə biləcək:

“İlk mərhələdə Universitetdə bakalavr səviyyəsi üzrə tədrisin həyata keçirilməsi nəzərdə tutulub. 2024-2025-ci tədris ilində Universitetdə təxminən 1000 nəfərə yaxın tələbənin təhsil almasını düşünürük. Bunun böyük hissəsi I kurs tələbələri olacaq. Qəbul planında “Qarabağ” Universitetində müxtəlif ixtisaslar üzrə tələbə qəbulu nəzərdə tutulub. Birinci mərhələdə bakalavr səviyyəsində 5 istiqamət 20 ixtisas üzrə tədris təşkil ediləcək. Bunlar pedaqoji, iqtisadiyyat, mühəndislik, humanitar və sosial elmlər, incəsənət, turizmə aid olan ixtisaslardır. Növbəti mərhələlərdə bu ixtisasların sayı artırılacaq. Təxminən universitetdə 10 istiqamət üzrə ixtisasların olacağını nəzərdə tutmuşuq”. 

Nazir müavini həmçinin qeyd edib ki, növbəti mərhələlərdə tələbələrin sayı 10 mindən çox olacaq: 

Tələbələr birinci istiqamətdə dövlət sifarişi əsasında tədris alacaq, yəni bu ali təhsil müəssisəsində ödənişli təhsil olmayacaq. Tələbələr isə təqaüd və digər müvafiq proqramlarla əhatə olunacaqlar. Tələbələrin yataqxanada qalmaq imkanları da mövcud olacaq”.

“ToplumTv”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button