2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Qarabağa səfər edən isveçli səyahətçi: “Belə dağıntıları heç yerdə görməmişəm”

“Qarabağın dağları İsveçi xatırladır”.

Saytların yığılması Saytlarin yigilmasi

“Report”un Cəbrayıla ezam olunan əməkdaşı xəbər verir ki, bunu Qarabağda səfərdə olan isveçli səyahətçi Andreas Frik (Andreas Frick) jurnalistlərə açıqlamasında deyib.

“Düz İranla sərhəddə, Azərbaycanı bu ölkə ilə birləşdirən Xudafərin körpüsünün yaxınlığında olmaq çox maraqlıdır. Mən körpünün o tayında, İranda həyatın necə olduğunu görmək istərdim”, – o bildirib.

Səyahətçi Qarabağın böyük turizm potensialına malik olduğunu söyləyib.

“Mən 100 ölkəyə səfər etmişəm. Bir çox yerlərdə, münaqişə zonalarında xarabalıqları görmüşəm. Məsələn, Srebrenitsa hadisələrinin baş verdiyi Bosniya və Herseqovinada olmuşam. Amma belə dağıntıları heç yerdə görməmişəm. Burada daş üstə daş qalmayıb”, – o deyib.

Xatırladaq ki, “Club 100”ün İdarə Heyətinin üzvü Bengt Hildebrandın rəhbərlik etdiyi səyahətçilər qrupu Qarabağ və Şərqi Zəngəzurda səfərdə olub.

Bu gün başa çatacaq üçgünlük səfər çərçivəsində səyahətçilər Füzuli, Horadiz, Ağdam, Laçın, Zəngilan və Cəbrayıl rayonlarına baş çəkiblər. 

Mənbə:Report

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button