2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
İdman

“Qarabağ”la oyun gələcək baxımından çox önəmlidi”

Ola bilsin ki, komanda AEK-lə görüşdə tam bacarığını göstərə bilmədi. Ancaq layiqli qələbə qazandıq.

24saat.org apasport.az-a istinadən xəbər verir ki, bunu PAOK-un baş məşqçisi Vladimir İviç deyib.

Avropa Liqasının IV turunda “Qarabağ”ı qəbul edəcək Saloniki təmsilçisi Yunanıstan Super Liqasının ötən turunda AEK üzərində minimal hesablı (1:0) qələbə qazanmışdı. Həmin görüşlə bağlı yerli mətbuata fikirlərini bildirən İviç “Qarabağ”la qarşıdakı matçı da unutmayıb.

Saytların yığılması Saytlarin yigilmasi

39 yaşlı mütəxəssis sabahkı oyunun qrupda onlar üçün həlledici ola biləcəyini düşünür: “Hələ AEK-lə matçdan əvvəl demişdim ki, bu, “Olimpiakos”la görüşdən də çətin ola bilər. Oyun da fikrimdə yanılmadığımı göstərdi. İndi isə tam fərqli komandaya qarşı mübarizə aparacağıq. “Qarabağ” olduqca sərt rəqibdi. İşimiz çox ağır olacaq. “Qarabağ”la oyun Avrokubokdakı gələcək taleyimiz baxımından çox önəmlidi. Əmin ola bilərsiniz ki, komanda bu dəfə bütün gücünü ortaya qoyacaq”.

Qeyd edək ki, sabah keçiriləcək PAOK – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 00:05-də start götürəcək.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button