Loading...
Loading...
ÖLKƏGündəm

Qasırğada azı 200 nəfər həlak olub

Filippin Qırmızı Xaç Komitəsi sahil ərazilərdə “böyük dağıntıların” baş verdiyini bildirir.

Filippində bu ilin ən güclü qasırğası 200-dən çox insanın həyatına son qoyub.

Rəsmilərin dekabrın 20-də bildirdiyinə görə, Rai qasırğası nəticəsində 52 nəfər itkin düşüb. Bir neçə mərkəzi şəhərdə, əyalətlərdə kommunikasiya kəsilib.

Azı 208 nəfər həlak olub, 239 nəfər xəsarət alıb. Axtarış işləri davam etdiyindən ölü sayının artacağı gözlənir.

Qasırğadan sağ çıxanlara isə içməli su, ərzaq kimi vacib şeylər çatdırılır.

Filippin Qırmızı Xaç Komitəsi sahil ərazilərdə “böyük dağıntıların” baş verdiyini bildirir.

Dekabrın 17-dən əsən qasırğanın sürəti saatda 195 km-ə çatıb. Ölənlərin çoxu ya ağacdan, ya hasardan yıxılıb, sel sularda, torpaq sürüşməsində həyatlarını itiriblər.

Minlərlə sakin evakuasiya olunmasaydı, itki xeyli artıq ola bilərdi.

Mənbə: AzadlıqRadiosu
“24 saat”

Gözdən qaçırmayın:  Rus zabitləri və Kadırovçular yanlışlıqla bir-birlərini qırıblar - TƏFƏRRÜAT

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button