24 saat en son xeberler - Xeberler platformasi

ÖLKƏGündəm

Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin sədri həbs edilib

Məlumata görə, Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin rəhbəri Kərim Məsimov hakimiyyətin Almatıya nəzarəti itirməsindən sonra prezident Kasım-Jomart Tokayev tərəfindən vəzifəsindən azad edilib.

Dövlətə xəyanətdə ittiham olunan komitə sədrinin Təhlükəsizlik Şurasının iclasında iştirak etdikdən az sonra saxlandığı bildirilir.

Bu barədə Milli Təhlükəsizlik Komitəsinin saytında məlumat verilib.

56 yaşlı Məsimov ilk prezident Nursultan Nazarbayevin hakimiyyətinin son illərində ən nüfuzlu siyasətçilərdən biri hesab edilib. O, 2016-cı ildən bu vəzifədə imiş.

Bu posta təyin edilənə qədər isə Məsimov müxtəlif illərdə iki dəfə Qazaxıstanın baş naziri və prezident administrasiyasının rəhbəri, Təhlükəsizlik Şurasının katibi, iqtisadiyyat və nəqliyyat naziri olub.

Yanvarın 8-də komitənin saytında yerləşdirilən xəbərdə deyilir ki, cümə axşamı, yanvarın 6-da Məsimova qarşı dövlətə xəyanətlə bağlı ibtidai istintaq başlayıb və o saxlanılıb.

Bu vəzifədə onu Dövlət Mühafizə Xidmətinin rəisi vəzifəsində çalışmış Ermek Saqimbayev əvəzləyib.

Elan edilən ittihamlara görə milli təhlükəszilik komitəsinin keçmiş sədrini 15 ilə qədər həbs gözləyir.

Məsimovun vəzifəsindən uzaqlaşdırlması ilə eyni vaxtda isə prezident Tokayev Təhlükəsizlik Şurasına rəhbərlik etdiyini açıqlayıb. Ölkə qanunlarına əsasən, bu vəzifəni ömürlük birinci prezident Nazarbayev tuta bilər.

Prezident Tokayev artıq xüsusi xidmət orqanlarını tənqid edərək, onları prezidentin Qazaxıstan şəhərlərində “terror hücumları”na icazə verməkdə ittiham edib.

Mənbə: AzadlıqRadiosu
“24 saat”

Bənzər məqalələr

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button