2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Qırğızıstanda ölkə rəhbərliyinə sui-qəsddə şübhəli bilinən 5 azərbaycanlı saxlanılıb

Axtarışda olan Raimbek Matraimovun isə Bakıda olduğu deyilir

Qırğızıstanda transmilli mütəşəkkil cinayətkar dəstənin üzvü olan Azərbaycan vətəndaşlarının saxlanıldığı bildirilir.

Onların Qırğızıstanın dövlət rəhbərliyinə sui-qəsdə ittiham olunduğu iddia edilir.

Saytların yığılması Saytlarin yigilmasi

Bu barədə Qırğızıstan Dövlət Milli Təhlükəsizlik Komitəsinin mətbuat mərkəzi məlumat yayıb.

Bildirilib ki, Qırğızıstanın milli təhlükəsizlik orqanları V.M.Əliyev, S.A.Bağırov, M.O.Əsgərov, M.S.Bekhbudrov və Z.İ.Məmmədovu saxlayıblar:

“Daxil olan əməliyyat məlumatlarına görə, M.O.Əsgərov kriminal aləmdə “sələfi” statusuna malikdir. Kriminal mühiti gücləndirmək və oğru ideologiyasını yaymaq, habelə statusunu artırmaq məqsədilə dövlətin mütəşəkkil cinayətkarlığa qarşı fəal mübarizə siyasəti ilə əlaqədar olaraq, cinayət ortaqları ilə birlikdə Qırğızıstana gələrək ölkə rəhbərliyinə sui-qəsd təşkil etmək məqsədi güdüblər”.

Eyni zamanda, Qırğızıstan Milli Təhlükəsizlik Dövlət Komitəsinin əməliyyat məlumatı əsasında axtarışda olan digər birinin – Raimbek Matraimovun Azərbaycanın paytaxtı Bakıda olduğu bildirilir:

Raimbek Mətrəmov. Foto: “svodka.akipress.org”

Bununla bağlı müvafiq orqan Raimbek Matraimovun saxlanılması ilə bağlı Azərbaycan tərəfinə məktub göndərib. Hazırda azərbaycanlı həmkarları onun saxlanılması və daha sonra Qırğızıstana ekstradisiyası məsələsini nəzərdən keçirirlər”.

Əməliyyat tədbirləri zamanı Raymbek Matraimovun Qırğızıstanda saxlanılan Azərbaycandan olan transmilli mütəşəkkil cinayətkar dəstənin üzvləri ilə əlaqədə olduğu və onların rəhbərliyinə sui-qəsd hazırladığı müəyyən edilib”, – deyə məlumatda qeyd olunur.

Meydan.tv

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button