2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Qırmızı Xaç həkimləri Saleh Rüstəmlini müayinə ediblər

Bakı/17.12.21 Bu gün Beynəlxalq Qırmızı Xaç Komitəsinin Bakı nümayəndəliyinin həkimləri  müalicə müəssisəsində saxlanılan siyasi məhbus Saleh Rüstəmlini müayinə ediblər. Bu barədə Turan-a vəkil Bəhruz Bayramov bildirib.

« Qırmızı Xaç həkmləri bildiriblər ki, uzunmüddətli aclıq ciddi fəsadlar verib və Saleh Rüstəmliyə aylarla normal şəraitdə müalicə lazımdır. Amma elə fəsadlar da var ki, artıq müalicə mümkünsüzdür”, – Bayramov deyib.

Vəkilin sözlərinə görə, Rüstəmli çox zəifdir və otaqdan çıxa bilməyib. “Telefonla danışdıq, müəyyən müalicə alır”, – vəkil deyib.

Saytların yığılması Saytlarin yigilmasi

* Saleh Rüstəmli əsassız cinayət təqibinin dayandırılması və həbsdən azad edilməsi tələbilə noyabrın 6-dan aclıq edib. O, doğmalarının və siyasi həmfikirlərinin israrlı xahişindən sonra 41-ci sutkada alcığı dayandırıb. – 06B-

 

Turan

“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button