2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Qiyas İbrahimov özünü yandırmağa cəhd edib

Bakı/07.01.22 Dekabrın 7-də keçmiş “heykəl məhbusu” Qiyas İbrahimov Prezident Administrasiyasının qarşısında aksiya keçirməyə cəhd edib. O, Avropa Məhkəməsinin qərarı ilə ona çatacaq kompensasiyasının verilməməsinə etiraz etdiyini bildirib. 

Q.İbrahimov üzərinə benzin tökərək əlində alışqanı tutub. Prezident Administrasiyasının mühafizə xidməti və polis əməkdaşları onun əlindən kanistri alaraq, özünü saxlayıb.

Ərazidə olan jurnalistlərə qarşı təzyiq göstərildiyi bildirilir. 

Saytların yığılması Saytlarin yigilmasi

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Turan-a məsələ ilə bağlı açıqlama veriləcəyi bildirilib.

Xatırladaq ki, Qiyas İbrahimov 2016-cı ilin mayında digər fəal, mərhum Bayram Məmmədovla birlikdə Heydər Əliyevin abidəsi üzərinə siyasi şüarlar yazdıqdan sonra həbs edilmişdi. Onlar hər ikisi qanunsuz narkotik dövriyyəsi ittihamı ilə 10 il müddətinə azadlıqdan məhrum edilmişdi. Sonradan AİHM onların həbsinin qanunsuz olduğu barədə qərar çıxarıb. 2019-cu ilin martında hər iki fəal əvf olunub. -0- 

 

Turan

“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button