2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Qubad İbadoğlunun işi üzrə ilkin istintaq başa çatır

Müxalifətçi siyasətçi və iqtisadçı- alim Qubad İbadoğlunun işi üzrə istintaq başa çatır. Bu barədə Turan-a onun qardaşı Qalib Bayramov bildirib.

Onun sözlərinə görə, aprelin 17-də 1 saylı Bakı İstintaq Təcridxanasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin müstəntiqi Yusif Yusifov vəkillər Zibeydə Sadıqova, Şəhla Hümbətova və Bəhruz Bayramovun yanında professor Qubad İbadoğluna yekun ittihamı elan edib.

“Qardaşım bütün dünyanın, Qərb ölkələri parlamentlərinin və hökumətlərinin, universitetlərin və beynəlxalq təşkilatların sarkazmla yanaşdığı qurama ittihamlarla təqsirləndirilir: dini ekstremizm (167-3.1-ci maddə) və saxta pul kəsmək (204.3.1-ci maddə)”, – Bayramov deyib.

Saytların yığılması Saytlarin yigilmasi

Onun sözlərinə görə, son 6 ayda heç bir istintaq hərəkəti aparılmayıb, ancaq istintaq müddəti əsassız olaraq iki dəfə uzadılıb.

Vəkil Bəhruz Bayramov bildirib ki,  İbadoğlu və müdafiə tərəfi yekun ittihamı qəbul etmirlər.

*23 iyul 2023-cü ildə Nərimanov Rayon Məhkəməsi Qubad İbadoğlunu Cinayət Məcəlləsinin 204.3.1 (saxta pulların satışı), habelə 167-3.1 (ekstremizmyönlü materialların saxlanması və yayılması) maddələrilə ittiham edərək 3 ay 26 gün həbs edib.

Bir sıra ölkə və beynəlxalq təşkilat, o cümlədən ABŞ Dövlət Departamenti, ABŞ senatorları və konqresmenləri İbadoğlunu azad etməyə çağırıblar. Qubad İbadoğlu siyasi məhbus kimi tanınıb.

Turan İA

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button