2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Qubad İbadoğlunun vəziyyəti getdikcə pisləşir

“Qanda şəkərin səviyyəsi normallaşmır, baxmayaraq ki, ona çox yüksək dozada insulin təyin edilib. Londondakı həkimlər də xəbərdarlıq etmişdilər ki, insulinin dozasının yüksək olması onda aritmiya yarada bilər.  Hazırda elədir. Onun ürək döyüntüsü dəqiqədə 100- dən aşağı düşmür”, – o deyib.

Vəziyyətin ağırlaşmasına baxmayaraq, İbadoğlunu müalicə müəssisəsinə köçürmürlər. Oktyabrın ortalarında aparılan müayinə və analizlərin nəticələrini də ona vermirlər.

“Bel ağrıları daha da şiddətlənib.  Ona demişdilər ki, bu həftənin əvvəlindən  fizioterapeya təyin edəcəklər.  Ancaq elektroforez ilə kifayətləndilər ki, bu da kömək etmir”, – Bayramov sözlərinə davam edib.

Saytların yığılması Saytlarin yigilmasi

Qubad İbadoğlunun vəziyyətilə bağlı Penitensiar Xidmətdən şərh almaq mümkün olmayıb.

* İyulun 24-də Bakının Nərimanov Rayon Məhkəməsi Qubad İbadoğlunu saxta pul hazırlamaqda ittiham edərək 3 ay 26 gün həbs edib. Azərbaycan Daxili İşlər Nazirliyindən bildiriblər ki, İbadoğlu 2016-cı ildə Türkiyədə dövlət çevrilişinə cəhddə ittiham olunan Fətullah Gülənin tərəfdarları ilə əlbirdir.

Avqustun 25-də ona qarşı “dini ekstremizmyönlü materialların hazırlanması, saxlanması və ya yayılması” barədə daha bir ittiham irəli sürülüb.

Noyabrın 16-da məhkəmə Qubad İbadoğlunun həbsini daha üç ay uzadıb.

Qubad İbadoğlu ittihamları absurd hesab edərək rədd edir. Bir çox beynəlxalq təşkilatlar və rəsmi şəxslər rəsmi Bakını siyasətçini dərhal azad etməyə çağırıblar. Avropa Parlamenti İbadoğlunun təqibinə görə azərbaycanlı məmurlara qarşı sanksiyalar tətbiq etməyə çağırıb.—16B-

Turan İA

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button