2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Qubada Heydər Əliyevin 100 illiyinə həsr olunan konfrans keçirilib 

Baş Prokurorluğun təşkilatçılığı ilə Quba rayonunda Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan konfrans keçirilib.

Saytların yığılması Saytlarin yigilmasi

“Report”un Şimal bürosunun məlumatına görə, tədbir rayonun Heydər Əliyev Mərkəzində təşkil edilib.

Toplantı silsilə tədbirlərin davamı olaraq Quba, Qusar, Xaçmaz rayon prokurorluqlarının əməkdaşlarının, rayonun idarə, müəssisə və təşkilatlarının rəhbərlərinin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə baş tutub.

İştirakçılar əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Quba şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər. Sonra konfrans iştirakçıları Heydər Əliyev Mərkəzi ilə tanış olublar.

Dövlət Himni səsləndirildikdən sonra Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canlarından keçən bütün şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad olunub, qazilərə Allahdan şəfa dilənib.

Tədbirdə açılış nitqi ilə çıxış edən Quba rayon prokuroru Namiq Muradov təşkil olunmuş konfransın əhəmiyyətindən bəhs edərək bildirib ki, Azərbaycan dövlətinin qurucusu və memarı Heydər Əliyev daim xilaskar və qurucu lider olaraq xatırlanır və dahi rəhbərin Vətən və xalq qarşısında misilsiz xidmətləri ölkəmizin hər yerində və onun hüdudlarından kənarda ehtiramla yad edilir: “Ümummilli Liderin xalq qarşısındakı əvəzsiz tarixi xidmətlərinin ən qabarıq siyasi təzahürü isə onun dayanıqlı milli dövlət qurması və onu möhkəmləndirməsi olub”.

N.Muradov qeyd edib ki, dahi liderin rəhbərliyi dövründə prokurorluq orqanlarında aparılmış köklü islahatların əsas məqsədi qanunçuluğun möhkəmləndirilməsi, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, kadrların peşəkarlıq səviyyəsinin artırılması, prokurorluğun səlahiyyətlərinin beynəlxalq standartlara uyğunlaşdırılmasına istiqamətlənib: “Bunun bariz nümunəsi kimi Ulu Öndərin hakimiyyəti dönəmində “Prokurorluq haqqında”, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” qanunların qəbul edilməsinin müstəsna əhəmiyyəti xüsusi vurğulanmalıdır”.

Daha sonra Quba Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini müvəqqəti icra edən Tariyel İbrahimov çıxış edərək mötəbər tədbirin təşkil olunmasından məmnunluğunu ifadə edib. O qeyd edib ki, ölkədə ictimai-siyasi sabitlik bərqərar olunduqdan sonra demokratik hüquqi dövlət quruculuğu prosesinə başlayan dahi lider Heydər Əliyev hüquqi dövlətin Azərbaycan modelini məhz ilk milli Konstitusiyanı yaratmaqla gerçəkləşdirib

Konfransın sonunda iştirakçılara “Böyuk Şəxsiyyət…” adlı filim nümayiş etdirilib.

Sonda xatirə fotosu çəkdirilib.

Mənbə:Report

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button