2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Qüdrət Həsənquliyev də prezidentliyə namizədliyini irəli sürdü

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, Milli Məclisin deputatı Qüdrət Həsənquliyevin növbədənkənar prezident seçkilərində iştirak etmək üçün namizədliyi irəli sürülüb. 

Toplum TV xəbər verir ki, bu barədə dekabrın 18-də BAXCP məlumat yayıb. 

Bildirilir ki, bununla bağlı partiyanın İdarə Heyətinin bugünkü iclasında qərar qəbul olunub. 

Saytların yığılması Saytlarin yigilmasi

Bundan əvvəl hazırkı Prezident İlham Əliyevin, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafanın, Milli Məclisin İnsan Hüquqları Komitəsinin sədri Zahid Orucun və Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayevin Prezidentliyə namizədliyi irəli sürülüb.

Müxalifət partiyaları – Müsavat Partiyası seçkilərdə iştirak etməmək, Azərbaycan Xalq Cəbhəsi Partiyası isə seçkiləri boykot etmək barədə qərar qəbul edib.

Azərbaycanda növbədənkənar prezident seçkiləri 2024-cü ilin fevralın 7-də keçiriləcək.

“ToplumTv”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button