2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Qüdrət Həsənquliyev yenə namizəd olmağa hazırlaşır

O, BAXCP sədri kimi seçkiyə qatılmaq niyyətindədir.

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, deputat Qüdrət Həsənquliyev 7 fevral növbədənkənar Prezident seçkilərində namizəd kimi iştirak edəcək.

Bu barədə məlumatı dekabrın 18-də BAXCP sədrinin müavini Elçin Mirzəbəyli təsdiqləyib.

Saytların yığılması Saytlarin yigilmasi

O, İdarə Heyətinin bugünkü iclasında qərar qəbul olunduğunu deyib.

BAXCP  sədri Qüdrət Həsənquliyev 2003, 2008, 2013 və 2018-ci illərdə Prezident seçkilərində iştirak edib.

Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin sədr müavini Q.Həsənquliyev 2000-2003-cü illərdə Mərkəzi Seçki Komissiyasında Azərbaycan Xalq Cəbhəsi Partiyasını təmsil edib.

O, 1998-ci ildən Azərbaycan Xalq Cəbhəsi Partiyası Rəyasət Heyətinin üzvü olub.

2002-ci ildə partiyadan ayrılaraq özünü Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri elan edib.

Deputat 2004-cü ildən Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədridir.

Qüdrət Həsənquliyev 2003-cü il Milli Məclisə təkrar seçkilərdə 86 saylı İsmayıllı seçki dairəsindən, 2005-ci ildə 97 saylı Goranboy-Ağdam-Tərtər seçki dairəsindən, 2010-cu il və 2015-ci il seçkilərində 7 saylı Ordubad-Culfa seçki dairəsindən və 2020-ci il seçkilərində isə 36 saylı Xətai dördüncü seçki dairəsindən mandat alıb.

2024-cü ilin fevralın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri keçiriləcək.

İlham Əliyev dekabrın 7-də bununla bağlı sərəncam imzalayıb.

Bu günə qədər ölkə başçısı İlham Əliyev və Böyük Quruluş Partiyasının başqanı Fazil Mustafa, Sosial Tədqiqatlar Mərkəzinin (STM) sədri, deputat Zahid Oruc, Böyük Azərbaycan Partiyasının sədri Elşad MusayevFuad Əliyev namizədliklərini irəli sürüblər.

AXCPMüsavat isə seçkiləri boykot edəcəklərini açıqlayıb.

Azərbaycanda sonuncu dəfə Prezident seçkiləri 2018-ci il aprelin 11-də keçirilib.

Həmin seçkilər də növbədənkənar olub.

İlham Əliyev 20 ildir ki, Prezident vəzifəsini icra edir.

Meydan.tv

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button