2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
CəmiyyətXəbərlər

Qurban Məmmədov və qardaşı dələduzluqda günahlandırılır

Hazırda xaricdə yaşayan Qurban Məmmədov və qardaşı –  “Hüriyyət” qəzetinin keçmiş redaktoru Süleyman Məmmədov 14.500 dollar məbləğində pulu dələduzluq yolu ilə ələ keçirməkdə  günahlandırılır.

Az24saat.org saytına müraciət edən Rusiya vətəndaşı Əsəd Rəfi oğlu İsmayılov belə bir iddia səsləndirib.

O bildirir ki, o, 2006-cı ildə Süleyman Məmmədovdan Qurban Məmmədovun da iştirakı ilə 14.500 dollar qarşılığında onlardan torpaq alıb. “600 kv. metr torpaq sahəsi Binəqədi rayonu Biləcəri qəsəbəsində yerləşir.  Sənədləşdirmə işləri isə baş etibarnamə əsasında 2011-ci ildə Ə.İsmayılovun qohumu Famil Abbasovla Süleyman Məmmədovun oğlu Tuncay Məmmədov arasında olub.

Saytların yığılması Saytlarin yigilmasi

Zərərçəkmiş İsmayılov deyir ki, təqribən 10 gün əvvəl torpaq sahəsində tikinti işləri aparmağa hazırlaşdığı vaxt Tuncay Məmmədov ona yaxınlaşaraq baş etibarnaməni ləğv etdiyini və artıq torpaq sahəsinin tamamilə ona məxsus olduğunu bildirib.

Məsələ ilə bağlı Ə.İsmayılov Süleyman Məmmədovla əlaqə saxlayıb, lakin o bildirib ki, pulu onun qardaşı, yəni Qurban Məmmədov alıb. Qeyd edib ki, o, indi xarici ölkədədir, pulu geri almaq istəyirsə, onunla əlaqə saxlamalıdır.

Ə. İsmayılov Qurban və Süleyman Məmmədov qardaşlarının ona qarşı etdiyi dələduzluğun araşdırılmasının və ictimailəşdirilməsini istəyib.

 

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button