2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Quru sərhədlərinin açılmaması siyasi qərardırmı?

Nazirlər Kabinetinin Covid-19 pandemiyası ilə əlaqədar xüsusi karantin rejimini uzatması və quru sərhədlərini bağlı saxlaması qərarı Ümumdüya Səhiyyə Təşkilatı rəsmisinin Azərbaycanda pandemiya ilə bağlı “vəziyyət yaxşıdır” açıqlamasından sonra verildi.

Halbuki Tedros Adanom Qebreisusu qəbul edərkən, Prezident İlham Əliyevin də pandemiya ilə bağlı müsbət tonlu açıqlaması ölkənin quru sərhədlərinin açılacağına ümidləri artırmışdı.

BBC News Azərbaycancaya danışan hakimiyyət tənqidçiləri xüsusi karantin rejiminin daha iki ay uzadılmasını və quru sərhədlərin bağlı saxlanmasını “siyasi qərar” kimi xarakterizə edirlər.

Saytların yığılması Saytlarin yigilmasi

Millət vəkilləri isə bu qərarın siyasi olmadığı, hökumətin post-pandemiya dövrünə uyğun olaraq “ortaq variant tapmaq” məsuliyyətinin olduğu qənaətindədirlər.

Bu yazı hazırlandığı müddətdə Nazirlər Kabinetindən quru sərhədlərini nə üçün bağlı saxlamaları haqqında BBC News Azərbaycancaya  heç bir açıqlama verilməyib.

Qebreisus və Əliyev görüşündə nə deyilmişdi?

Bu il iyunun 16-da IX Qlobal Bakı Forumunda iştirakı çərçivəsində Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adanom Qebreisus Bakıya səfər etdi.

Ölkə başçısı İlham Əliyev onu qəbul etdi və həmin görüşdə ÜST rəhbəri Azərbaycanda “COVID-19-a qarşı uğurlu mübarizənin aparıldığını” və həm də “beynəlxalq səviyyədə” fəaliyyət göstərildiyini dedi.

Cənab Əliyev də çıxışı zamanı “Azərbaycanda COVID-19 ilə bağlı vəziyyətin çox yaxşı olduğunu, yoluxma sayının ən aşağı səviyyəyə düşdüyünü, vəziyyətin tam nəzarətdə saxlanıldığını, əksər məhdudiyyətlərin aradan qaldırıldığını və normal həyata qayıdıldığını” vurğulamışdı.

Bəs koronavirusla bağlı vəziyyət normaldırsa, Azərbaycan quru sərhədlərini niyə açmır?

“Tamamilə siyasi qərardır”

Siyasətçi Azər Qasımlı hesab edir ki, quru sərhədlərin bağlı qalmasının səbəbi “tamamilə siyasidir” və Rusiya-Ukrayna münaqişəsinə görədir.

O hesab edir ki, Azərbaycan iqtidarı Rusiyadan gələn və ya potensial olaraq gələ biləcək axından narahatdır.

“Təxminən bir milyondan iki milyona qədər azərbaycanlı hal-hazırda Rusiyada yaşayır və onların bir qismi artıq inteqrasiya olunub, hətta vətəndaşlıq alıb. Bir qismi inteqrasiya da olmayıb, vətəndaşlıq da almayıb və hətta vətəndaşlıq alsa belə, hələ də Azərbaycanla əlaqələri itirməyib və özlərinin Rusiyadakı həyatlarını müvəqqəti hesab edirlər. Azərbaycan iqtidarı da çəkinir ki, bu insanlar indi müəyyən kritik vəziyyət yaransa, ölkəyə qayıtmaqla bağlı qərar verərlər. Belə bir qərar verilsə, yəni, iki yüz min, uç yüz min və ya yarım milyon azərbaycanlı ölkəyə qayıtmaq qərarı versə, nə baş verəcək?”

Cənab Qasımlı hesab edir ki, bu baş verərsə, “həm sosial, həm iqtisadi, həm də siyasi baxımdan müəyyən dəyişiklərə gətirər və qarşısının alınması çox çətin proseslər yarada bilər”.

Rusiya bu il fevralın 24-də “xüsusi hərbi əməliyyat” elan edərək, Ukraynaya hücum edib, bir sıra şəhərlər dağıdılıb, aralarında yüzlərlə uşağın olduğu minlərlə dinc sakin həlak olub, milyonlarla ukraynalı evindən və ya ölkəsindən köçməyə məcbur olub və ya qaçqın düşüb. Eyni zamanda bəzi rusiyalılar da ölkədə gərginləşən siyasi və iqtisadi vəziyyətdən qaçaraq başqa ölkələrə üz tutublar.

Hökumət ortaq variant tapmalıdır”

Millət vəkili Aydın Hüseynov Azərbaycanın quru sərhədləri açmaması qərarının siyasi qərar olmasını “tamamilə istisna” edir. O hesab edir ki, buna siyasi qərar kimi yanaşılması “doğru deyil”.

Cənab Hüseynova görə, “NK-nın xüsusi karantin rejiminin müddətini daha iki ay uzatmasının başlıca səbəbi ÜST-ün pandemiyanın bitməsi ilə bağlı açıqlama verməməsidir”.

Cənab Hüseynov deyir ki, quru yolla gediş-gəliş üçün hökumət tamamilə olmasa da, yumşaltma prosesinə getməlidir: “Ortaq variant tapılmalıdır və hesab edirəm ki, bu, lazımdır”.

Azərbaycan-Türkiyə arasında quru yolu açıqdır

Azərbaycanın hazırda Türkiyə ilə sərhədi açıqdır.

Bir müddət öncə turizm şirkətlərindən biri BBC-yə Naxçıvan vasitəsilə Türkiyəyə turist daşıdıqlarını bildirmişdi.

Elə həmin yolu tranzit kimi istifadə edən şəxslər də BBC-yə  “digər quru sərhədlər açıq olmadığından, məhz ucuz olduğu üçün uzaq da olsa burdan istifadə edirik” demişdilər.

Çərşənbə axşamı günü BBC-yə danışan Bakı sakinləri də bildiriblər ki, quru sərhədlərin bağlı saxlanması “çox çətinliklər yaradır”.

Danışan şəxslər “imkansız adamların dədə-baba yurduna gedə bilmədiyini”, bəziləri isə “qohumlarına həsrət qaldıqlarını”, “iş dalınca getməli olsa da yol pulu 5-6 dəfə baha başa gəldiyindən gedə bilmədiklərini” bildiriblər.

Nazirlər Kabinetinin yaydığı statistikaya görə, iyun ayı ərzində ölkədə 250-yə yaxın adam koronavirusa yoluxub, üç nəfər vəfat edib.

Artıq dünyada İspaniya, Böyük Britaniya kimi bir sıra hökumətlər ölkəyə gələn şəxslərdən vaksin pasportu tələb etmədiklərini açıqlayıblar.

24 saat” “Quru sərhədlərinin açılmaması siyasi qərardırmı?” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button