Loading...
Loading...
Xəbərlər

Rəsmi Yerevan Türkiyə ilə diplomatik münasibətlərə hazırdır

Bakı/14.12.21 Biz qeyd-şərtsiz Türkiyə ilə münasibətlərin normallaşdırılmasına başlamağa hazırıq, bu barədə çərşənbə axşamı Ermənistan Parlamentinin xarici əlaqələr komissiyasının sədri Eduard Ağacanyan jurnalistlərə bildirib.

“Söhbət ErmənistanTürkiyə arasında diplomatik münasibətlərin başlamasından gedir. Bu, qətiyyən Ermənistanın əsas maraqlarından və dövlət maraqlarından imtina etməsi demək deyil. Əksinə, əminik ki, Türkiyə ilə diplomatik münasibətlər qurulması Ermənistanın dövlət maraqlarından irəli gəlir”, deyə o bildirib.

Öz növbəsində, Ermənistan XİN-in mətbuat katibi Vaan Unanyan bildirib ki, Ermənistan, eləcə də Türkiyə ikitərəfli dialoq qurulması üçün xüsusi nümayəndə təyin edəcək. Onun sözlərinə görə, hələlik Ermənistanın nümayəndəsinin kim olacağı məsələsi həll edilməyib. -02D-

 

Turan

“24 saat”

Gözdən qaçırmayın:  Bayden və Putin Kennedi və Xruşev ola biləcəklərmi?

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button