2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Rəisin “Lexus”u ilə gəlin gətirməyə getdi – Qəza törətdi (FOTO)

Ağdam rayonunda gəlin gətirməyə gedən avtomobil qəza törədib. 

Rayonun Səfərli kəndi ərazisində toy karvanında “gəlin maşını” piyadanı vurub.
Ağdam rayon sakini Qabil Abbasova məxsus 99- HS-066 dövlət qeydiyyat nömrə nişanlı “Lexus” markalı avtomobillə onun dostu Ruslan Hüseynov gəlin gətirməyə gedərkən idarəetməni itirib və dəmir hasarı aşaraq yolun kənarında yerləşən evin həyətinə girib.

Saytların yığılması Saytlarin yigilmasi

Nəticədə evin həyətində olan İlhamiz Quliyevi vurub. Yaralı təcili tibbi yardım maşını ilə Ağdam Rayon Mərkəzi Xəstəxanasına (RMX) çatdırılıb. Xəstəxanadan bildirilib ki, yaralının vəziyyəti orta-ağırdır.

Qeyd edək ki, “Lexus” marakalı avtomobilin sahibi Q.Abbasov Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin (QMKİDK) Ağdam Rayon Şöbəsinin rəsidir.
Faktla bağlı araşdırmalara başlanılıb.

report



Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button